GünAz TV: Rusiya prezidenti Vladimir Putin ölkəsinin Beynəlxalq Cinayət Məhkəməsi (BCM) təşkilatından çıxması ilə bağlı fərman imzalayıb.
Bu barədə Kremldən verilən məlumatda bildirilib.
Ölkə başçısı Rusiyanın Beynəlxalq Cinayət Məhkəməsindən çıxarılmasını nəzərdə tutan fərmanı Ədliyyə Nazirliyinin tövsiyəsi və Xarici İşlər Nazirliyinin razılığı ilə imzalayıb. Putin sözügedən fərmanla bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinə məlumat verilməsi tapşırığını da verib.
Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada BCM-nin müstəqil və səlahiyyətli məhkəmə orqanı olmadığı vurğulanıb. (qafqazinfo)
N.S