SON XƏBƏRLƏR

Putinin strateji "təxribat proqramı"

2021.10.20, 07:36
Putinin strateji "təxribat proqramı"

Gunaz.tv
Putinin strateji "təxribat proqramı" putin12.jpg "Rusiya çalışır ki, dünyanın böyük bir hissəsində supergücə çevrilsin" Rusiyanın baş naziri Vladimir Putin dəmiryolu nəqliyyatıyla bağlı 2030-cu ilədək davam edəcək strateji inkişaf proqramı imzalayacaq. Proqrama əsasən Rusiya Dəmir yolu vaxtilə potsovet məkanının inteqrasiyasını təmin edən dəmir yolu şəbəkəsini genişləndirməli və intensiv şəkil almasını təmin etməlidir. Politoloq Qabil Hüsyenli bu addımın həm də potsovet ölkələrinin nəqliyyat sahəsində həyata keçirdiyi bir sıra layihələrin qarşısının alınmasına yönəldiyini söylədi. Tural "Bütün sahələrdə amirlik siyasətini həyata keçirən Rusiya artıq böyük dövlətçilik şovinizmini bütün sahələrə yaya bilib. Neft, qaz kimi nəqliyyat siyasətində də özünü göstərir. Rusiya çalışır ki, təkcə köhnə sovet məkanında deyil, mümkün olduqca başqa sahələri də özünün iqtisadi və siyasi təsiri altına alaraq, dünyanın böyük bir hissəsində supergücə çevrilsin və dünya siyasətini müəyyənləşdirən dövlətlərdən olsun. Hələ ki, bu ölkə dünya siyasətinə özünün enerji sahəsindəki üstünlükləri ilə təsir edə bilir. İndi bura nəqliyyat, xüsusən də dəmir yolu sahəsindəki üstünlüyü də ələ keçirməklə, yeni imkanları əlavə etmək istəyir". Ekspert Şimal-Cənub dəmir yol dəhlizinin, eləcə də Rusiyanın 2030-cu ilədək dəmir yollarının inkişafı ilə bağlı nəzərdə tutduğu strateji proqramın da bu qəbildən olduğunu bildirərək, yaxın gələcəkdə qonşu dövlətin bu kimi addımlarının daha intensiv hal alacağını proqnozlaşdırır: "Bizim üçün isə ən önəmlisi olan Şimal-Cənub dəhlizidir. Çünki bu dəhliz vasitəsilə Rusiya birbaşa Fars körfəzinə çıxacaq. İran isə öz mallarını Avropaya daha asan və ucuz başa gələn nəqliyyat yolu ilə həyata keçirəcək. Bu dəhliz bir növ ipək yolu layihəsinə alternativ kimi də nəzərdə tutulub. Bu ölkələr Azərbaycanı da sözügedən layihəyə qoşmağa çalışırlar ki, artıq buna nail olublar. Amma ədalət naminə demək lazımdır ki, bu layihənin bizim üçün də əhəmiyyəti getdikcə artır. Çünki dəmir yolu vasitəsilə iki dövlət müəyyən mənfəətlər və dividentlər əldə etsələr də, dəmir yolu və paralel olaraq nəzərdə tutulan şosse yolunun vasitəsilə Rusiya və İranı bir növ özümüzdən asılı vəziyyətə sala bilərik". Həmişə Rusiyanın Azərbaycana təzyiq mexanizmləri düşünüb tapdığını deyən Qabil Hüseynli bu kimi niyyətlərin həyata keçdiyini də vurğuladı: "Şimal-Cənub dəhlizilə bağlı olan bu yol da bizə iqtisadi səmərə gətirəcək. Yəni Azərbaycan tranzit xərcləri əldə edəcək. Digər tərəfdən, bu yol vasitəsilə həmin ölkələrin boğazını əlimizə keçirmiş olacağıq. Düzdür, bu addımla "TRESECA" layihəsinə də müəyyən xələl gələ bilər. Amma hər iki yol da bizim ərazimizdən keçir və Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Ona görə də düşünürəm ki, dəmir yol təxribatından digər dövlətlər də Azərbaycan kimi gələcəkdə ağıllı istifadə edərlərsə, bunu Rusiyaya qarşı çevirmək olar. Bu gün "TRASECA" layihəsinə yönələn yükləri Rusiya öz ərazisindən keçirmək istəyir. Amma burada bir məsələ də var ki, bu layihələr reallaşana qədər Böyük İpək Yolu layihəsi gerçəkləşə bilər. Ümumiyyətlə, Vladimir Putinin dəmiryolu nəqliyyatı ilə bağlı strateji inkişaf proqramı güclü üstünlük qazanmaq üçün istifadə olunan formalardan biridir. Bu, bizim üçün təxribat olsa da, Rusiyaya strateji hədəflərə çatmaq üçün vasitədir". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar