SON XƏBƏRLƏR

Aşqabadda İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla görüşüb

2021.11.29, 08:22
Aşqabadda İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla görüşüb

Gunaz.tv

Görüşdə iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin strateji müttəfiqlik xarakteri daşıdığı bir daha qeyd edildi.

Söhbət zamanı, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində aparılan müzakirələrə toxunuldu, ötən dövr ərzində Türkiyənin təşkilata sədrliyi yüksək qiymətləndirildi.

Eyni zamanda, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi, həmçinin postmünaqişə dövründə Cənubi Qafqazda gedən proseslər və mövcud vəziyyət barədə ətraflı fikir mübadiləsi aparıldı.

Prezidentlər, həmçinin enerji və nəqliyyat məsələlərini müzakirə etdilər. (report.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar