SON XƏBƏRLƏR

Qabonda hərbi çevriliş oldu - VİDEO

2021.10.20, 07:36
Qabonda hərbi çevriliş oldu - VİDEO

Gunaz.tv

GünAz TV: Afrikanın ən böyük neft ixracatçılarından olan Qabonda hərbi çevriliş olub.

 

Oxu.Az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, hərbçilər dövlət radio yayımı stansiyasını ələ keçirib və yaxın vaxtlarda Milli Restavrasiya Şurasının yaradılacağını açıqlayıb.

 

Bildirilib ki, hərbçilər səhər saatlarında yayım şurasının ofisinə gəlib və radio efiri zamanı leytenant Ondo Obianq Kelli ordunun bəyanatını səsləndirib.

 

Qeyd edilib ki, hərbçilər ölkə prezidenti Ali Bonqonun 31 dekabr bəyanatından qəzəbləniblər.

 

Xatırladaq ki, Qabon prezidenti Ali Bonqo Ondimba oktyabrın 24-də Ər-Riyaddakı xəstəxanalardan birinə yerləşdirilib. Hazırda insult keçirən Ali Bonqonun Mərakeşdəki xəstəxanalardan birində müalicəsini davam etdirdiyi bildirilib.

 

https://www.youtube.com/watch?time_continue=113&v=1ampEBQ-_Yg

 

N.S

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar