Qadınlar və silahlı münaqişələr

2008-05-09 19:35

Qadınlar və silahlı münaqişələr Hər bir cəmiyyətin dəyəri orada yaşayan insanların tərəqqisi üçün yaranan Bərabərlik, Sülh, Sabitlik, Təhsil və İnkişaf prob­lemidir. Bu prinsiplər qlobal dünyanın prioritet məsələsidir. Azərbaycan Respublikası da bu məsələ

Gunaz.tv Quote | Gunaz article

Qadınlar və silahlı münaqişələr Hər bir cəmiyyətin dəyəri orada yaşayan insanların tərəqqisi üçün yaranan Bərabərlik, Sülh, Sabitlik, Təhsil və İnkişaf prob­lemidir. Bu prinsiplər qlobal dünyanın prioritet məsələsidir. Azərbaycan Respublikası da bu məsələlərin həyata keçməsi üçün müəyyən imkanlar yaratmağa səy edir. Azərbaycan 1991-ci il oktyabrın 18-dən müstəqil demokratik respublikadır. 1992-ci ilin martından BMT-nin üzvüdür. Ərazisi 86600 kv.km-dir. Əhalinin ümumi sayı 8.350.000 (yanvar, 2006) nəfərə qədərdir ki, onun 4 milyondan çoxu qadındır. Təxminən 13% əhali qaçqın və məcburi köçkündür. Şəhər əhalisi 50.8%, kənd əhalisi 4 9,2%-dir. 1995-ci il 12 noyabrda müstəqil dövlətin ilk Konstitusiyası qəbul olunmuşdur. Konstitusiya ali qüvvəli qanun olmaq etibarı ilə qadın və kişilərin bərabərlik hüququnu 25-ci maddədə «kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır» kimi təsbit edir. Ölkəmizdə qadınlara ilk dəfə seçib-seçilmək və bərabərlik hüququ 1919-cu ildə ilk Azərbaycan Demokratik Respublikası döv­ründə verilmişdir. Azərbaycan Respublikası Qarabağ münaqişəsi nəticəsində ərazisinin 20%-ni itirmiş, torpaqları işğal zonasına çevrilmiş, bir milyonadək qaçqını və məcburi köçkünü olan, 1994-cü ildən müvəqqəti atəşkəslə müharibə vəziyyətini yaşayan dövlətdir. 1995-ci ilin 15 mart - 4 aprelində BMT-nin Qadınların Statusu üzrə Komissiyasının Nyu-Yorkda keçirilən 39-cu sessiya­sında Azərbaycan nümayəndə heyətinin müdaxiləsi və tövsiyyəsi nəticəsində «Silahlı münaqişələr zamanı girov götürülmüş qadın və uşaqların azad olunması» haqqında 39/2 saylı Qətnamə qəbul edilmişdir. 1995-ci il 30 iyunda Azərbaycan BMT-nin «Qadınlara münasibətdə ayrı seçkiliyin bütün formalarının ləğv olunması haq­qında»” Konvensiyaya (CEDAW ) qoşulmuş, 2001-ci ildə isə onun Fakultativ protokolunu ratifikasiya etmişdir. Pekində keçirilmiş Qadınların IV Ümumdünya Konfransında Azərbaycan qadınları 94 nəfərlik tərkibdə iştirak etmişlər. Onlardan 25 nəfəri hökumət nümayəndəsi, 69 nəfəri qadın qeyri-hökumət təşkilatları üzvləri olmuşdur. «Silahlı münaqişələr zamanı əsir düşmüş qadın və uşaqların azad olunması barədə» BMT Qətnaməsinə müvafiq olaraq Qarabağ müharibəsi zamanı əsir düşmüş uşaq və qadınlarımızın qaytarılması tələbi ilə çıxış etmişlər. Həmçinin bu müharibənin sülh yolu ilə qurtarması üçün dünya ictimaiyyəti tərəfindən yardım göstərilməsini xahiş etmişlər. Nümayəndə heyəti işğal edilmiş ərazilərdə hərbi işğal zamanı qadın və uşaqların pozulmuş hüquqlarının müdafiəsinə dünya ictimaiy­yətinin diqqətini cəlb edib, onlar tərəfindən kömək göstərilməsini diqqətə çatdırmışlar. Konfransda məhz Azərbaycan qadınlarının tələbi ilə bütün dünya qadınlarına müraciət edilmişdir ki, onlar öz ölkələrinin dövlət və din rəhbərlərindən tələb etsinlər ki, təcavüz zamanı əsir alınmış qadın və uşaqların insan hüquqlarının fəal müdafiəsi sahəsində əməli tədbirlər görsünlər. Azərbaycan qadın nümayəndələri həmçinin Konfransın ünvanına üzərində konfransın simvolu olan bayraq göndərmişlər. Bayrağın üzərində «Öz doğma evimə qaytarın məni» çağırışı ilə minlərlə qaçqın qadının imzası var idi. Bunların müqabilində Pekin Platfyormasına «Girov götürmə» - 116-cı maddəsi daxil edildi. Bu maddədə deyilir ki, «Qadınların bəzi qrupları, xüsusən zorakılıq təhlükəsinə məruz qalırlar. Bunlardan milli azlıq təşkil edən, qaçqın və köçkün, uzaq yoxsul kənd rayonlarında yaşayan, azadlıqdan məhrum olan qadınları, qızları, əlil və yaşlıları, repatriant, yoxsulluq şəraitində yaşayan qadınları, həmçinin hərbi münaqişə, xarici işğal, vətəndaş və təcavüz müharibəsi, terrorizm, və girovalma şəraitində yaşayan qadınları qeyd etmək olar» zorakılıq forması kimi daxil edildi. Azərbaycan nümayəndə heyətinin rəhbəri plenar iclaslardan birinə sədrlik etmişdir. Qadınların IV Ümumdünya Pekin Konfransı bütün dünyada, o cümlədən Azərbaycanda da qadınların cəmiy­yətdə aktivləş­məsinə təkan verdi. Qadınlar nəinki ictimai, həmçinin siyasi qurumların üzvü olub, ölkənin ictimai siyasi həyatında aparıcı qüvvəyə çevrildilər. Silahlı münaqişələr bütün dünyada qadın və kişilərin həyatına dağıdıcı təsir göstərir. Bu münaqişənin təsirini öyrənmək üçün PFP-nin əsasında problemi araşdıraq. PFP-da əsas xətt kimi götürülən 12 problemli sahə Azərbaycanda fəaliyyətdə olan qadın, gender və insan hüququ təşkilatlarının da strategiyası kimi müəyyənləşmişdir. Pekin Fəaliyyət Platforması - PFP-ın 131-149-ci bəndlərində deyilir ki, «dünyada sülhün və insan hüquqlarının qorunması, habelə ərazi bütövlüyü və siyasi müstəqilliyə dair zor tətbiq olunmasından imtina etmək və müstəqilliyə hörmət etmək, münaqişələrin dinc yolla həlli qadınların vəziyyətinin yaxşılaşdırılması üçün vacib amildir». PFP-nin 134-cü bəndində göstərilir ki, «zorakılıq və qeyri-sabitlik mövcud olan bir zamanda sülh və təhlükəsizliyin bərqərar olması üçün birgə tərtib olunmuş üsullar tətbiq etmək olduqca vacibdir». PFP-nin E bəndinin 131-ci maddəsində deyilir ki, dünyanın bir çox regionlarında silahlı və başqa münaqişələr, terrorçuluq halları və girov götürmək halları hələ də mövcuddur. Praktiki ola­raq, hər regionda təcavüz, xarici işğal, etnik və başqa münaqişlər bu günün gerçəkliyini təşkil edir… Silahlı münaqişə zonasında olan qadınların hüquqlarının pozulması, insan hüquqları və insan humanitar hüququ sahəsində beynəlxalq hüququn əsas prinsiplərinin pozulması deməkdir. İnsanları köçkünlüyə vadar edən müharibə şəraitində qadınların müntəzəm şəkildə zorlan-masıları kimi iyrənc bir təcrübə qətiyyətlə pislənməli və dərhal dayandırılmalıdır. Belə silahlı münaqişələrdən bir çoxunun kökləri bu ölkələrin tarixində baş vermiş istilalarla bağlıdır. Azərbaycan dövlətində, əhalisinin öz ərazisinin bir yerindən digər yerinə qaçqın və məcburi köçkün kimi yerləşdirilməsi problemlərinin dərin siyasi - tarixi kökləri vardır. Bu XIX əsrin əvvəllərindən Rus imperiyasının apardığı müstəmləkəçilik siyasəti nəticəsində ermənilərin bir hissəsinin İrandan Azərbaycanın Dağlıq Qarabağ ərazisinə köçürülməsi ilə başladı. 1804-13-cü və 1826-28-ci illər Rusiya İran müharibələrinin gedişində, həm də sonralar ermənilərin İran, Türkiyə və Cənubi Azərbaycandan Ön Qafqaza, o cümlədən Qarabağa köçürülməsi nəticəsində burada onların sayı süni şəkildə artırılmışdır. Təkcə 1826-28-ci illərdə İrandan və Azərbaycanın cənub ərazilərindən ön Qafqaza, o cümlədən Qarabağa 18 min erməni köçürülmüşdür. Çarizmin milli münaqişələr yaratmaq məqsədi güdən köçürülmə siyasəti nəticəsində 1915-16-cı illərdə 400 min erməni əhalisi Kiçik Asiyadan Cənubi Qafqaza köçüb gəlib. Onların böyük hissəsi isə tarixi Azərbaycan torpaqlarında yerləşdirilib. Köçürülən ermənilərlə yerli azərbaycanlılar arasındakı münaqişənin kökləri o dövrdə başlamış, bu günə qədər də davam etməkdədir. 1905-07-ci və 1918-20-ci illərdə də erməni təxribatçılarının Azərbaycanın Bakı və Şamaxı şəhərlərində törətdiyi qanlı qırğınlar azərbaycan tarixinin ağrılı səhifələridir. 1947-ci il 23 dekabrda SSRİ Nazirlər Sovetinin «1947-50-ci illərdə könüllülük prinsipi əsasında Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhalisi Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülsün» Qərarı verildi və həyata keçirildi. 1988-89-cu illərdə SSRİ dövründə yenə Ermənistanda yaşayan 243682 nəfər azərbaycanlı həmin respublikadan zorla, ağır işgəncələrə məruz qalaraq qovuldular. 1988-ci ildən etibarən Ermənistan tərəfindən başlanan etnik münaqişə Azərbaycanın inkişafına böyük zərbə vurdu. Zor tətbiqi nəticəsində on minlərlə məcburi köçkün (MK) və qaçqın öz doğma torpaqlarından didərgin düşdü və Azərbaycanın müxtəlif ərazilərində sığınacaq tapdı. Qətlə yetirilmin insanların sayı təxminən 20.000 nəfər olmuşdur. 1990-cı ildə Orta Asiya və Qazaxıstandan, milli münaqişə nəticəsində, didərgin düşmüş 50 minədək axısxa (mesheti ) türkü də Azərbaycana pənah gətirdi. 1992-ci il 26 fevral Xocalı faciəsi zamanı bütov bir şəhər yerlə yeksan edilmiş, 613 nəfər dinc əhali, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə öldürülmüşdür, 6 ailə bütövlükdə məhv edilmişdir. 1994-cü ildə atəşkəs elan edildi və bu vaxtdan etibarən onun şərtləri qüvvədədir. Lakin, Azərbaycan iqtisadiyyatı kömək və zəruri yardım tələb edən qaçqınların qayğı yükü altında qalmaqda davam edir. Vurulmuş iqtisadi ziyan 53.5 milyon ABŞ dolları dəyərində qiymətləndirilir (7; s.52). Ermənistan hərbi birləşmələri tərəfindən Azərbaycan torpaqlarının işğalı nəticəsində ölkəyə 53,5 milard ABŞ dolları həcmində zərər dəymişdir. Qaçqın və məcburi köçkünlər iqtisadi keçid dövrünü yaşayan gənc, müstəqil respublikanın vəziyyətinə kəskin surətdə təsir edir. Müvəqqəti olaraq respublikanın müxtəlif rayonlarında, çadır düşərgələri və yataqxanalarda yerləşdirilmiş bu insanlar ağlasığmaz məşəqqət, çətinliklərə düçar olmuş, adi insan üçün normal olan tələbatlardan məhrum vəziyyətdə yaşayırlar. Hərbi müdaxilə zamanı 100-dək uşaq, 442 qadın, 370 qoca əsir götürülmüşdü ki, sonradan Azərbaycan Respublikasının hərbi əsirlər, girovlar və itkin düşmüşlər üzrə Dövlət Komissiyasının gücü və tələbi ilə 30 uşaq, 92 qadın və 115 qocanı azad etmək mümkün olmuşdur. Müharibənin depresiv əlamətlərini yaşayan minlərlə insan isə əsəb və ruhi xəstəlikdən əzab çəkir. Psixoloji stress, cinsiyyəf yolu ilə keçən xəstəliklər və ya infeksiyalar da bu kimi problemlər içərisindədir. PFP-nin 138-ci bəndində yazılıb, ki qadın təşkilatlarının çoxu ümumdünya hərbi xərclərin, beynəlxalq silah alverinin, onun dövriyyəsi və yayılmasının ixtisar olunmasına çağırır. Hədsiz dərəcədə hərbi xərclər və münaqişələr yoxsulluq şəraitində yaşayan insanlara daha ağır mənfi təsir edir, yoxsulluqda, xüsusən kənd rayonlarında yaşayan qadınlar da silah işlətmə nəticəsində əzab çəkirlər. Dünyanın 64 ölkəsində piyada qoşunlara qarşı 100 milyondan çox yerüstü minalar quraşdırılıbdır. Silah istehsalı və inkişafına qoyulan ümumi investisiyaların ümumi inkişafa edən mənfi təsirinin öyrənilməsi vacibdir. Milli təhlükəsizlik tələblərini nəzərə almaqla, hədsiz hərbi xərclər, silah alveri və silah istehsalına kapital qoyuluşu mövcud vəsaitləri sosial-iqtisadi inkişaf məqsədlərindən, xüsusilə də qadınların vəziyyətinin yaxşılaşdırılması işindən yayındırır. Bir çox ölkələrdə iqtisadi sanksiyalar mülki əhali, xüsusən qadın və uşaqlar üçün mənfi sosial və humanitar nəticələrə gətirib çıxarmışdır. 1998-ci ilin iyul ayında Prezident Fərmanı ilə minalarla bağlı tədbirlərin görülməsindən ötrü Dövlət Komissiyası yaradılmışdır. Azərbaycan Hökuməti və BMT İP tədbirlər planını təsdiq etmiş, icraçı təşkilat kimi BMT-nin Layihə Xidmətləri üzrə İdarəsi (BMTLXİ) ilə saziş imzalanmışdır. Azərbaycanın minaların zərərsizləşdirilməsi üçün təsirli hərbi imkanları vardır. Lakin minaların zərərsizləşdirilməsi üzrə humanitar standartlara cavab verən tədbirlərin görülməsi üçün vəsait azdır. Hərtərəfli iqtisadi planın hazırlanması üçün təcili və hərtərəfli tədqiqatın keçirilməsi böyük əhəmiyyət daşıyır. Layihə vəsaitlə yarımçıq təmin olduğundan iştirakçıları nəzərdə tutulan minaçıların yalnız yarısı təlim keçmişdir. «Minaların ləğv olunması barədə» Konvensiyaya, artıq dünyanın 150 ölkəsi imza atıb və bu Konvensiya 2003-cü ilin mart ayının 1-dən qüvvəyə minmişdir. Konvensiyaya imza atmayan 44 ölkə vardır ki, Azərbaycan da bunların içərisinə daxildir. Ərazilərin minalardan təmizlənməsi üzrə Azərbaycan Milli Agentliyi bildirir ki, işğal olunmuş Azərbaycan torpaqlarının 10%-i minalanıb. Kompaniyanın direktoru N.İsmaylovun verdiyi məlumata görə, həzırda 82 ölkə mina və sursatdan əziyyət çəkir. Konvensiyadan əvvəl 55 ölkə minaların istehsalı ilə məşğul olurdusa, Konvensiyadan sonra bu ölkələrin sayı 14-ə enibdir. Ümumilikdə 72 ölkədə 215 milyon mina mövcuddur. Diqqətə yetirək ki, Azərbaycanda heç bir vaxt mina istehsal olunmayıb. Məhz həm bu səbəb, həm də Azərbaycanın sülh uğrunda apardığı ardıcıl mübarizə də göstərir ki, Azərbaycan o vaxt Konvensiyanı imzalayacaq ki, Ermənistanla sülh müqaviləsi bağlansın. 1996-cı ildə xarici ölkələrin və beynəlxalq təşkilatların köməyi ilə müharibənin izlərinin ləğv edilməsinə başlayarkən Azərbaycan Hökuməti mina problemi ilə üzləşdi. İnsanların, əsasən də ailə-məişət yükünü çəkən qadınların, nəqliyyat vasitələrinin və malqaranın minaya düşməsi ilə bağlı çoxsaylı hadisələr mina təhlükəsinin geniş miqyaslı olduğunu göstərirdi. Mina problemi müharibədən zərər çəkmiş ərazilərin bərpası və yenidən qurulması üzrə Dövlət Proqramının həyata keçirilməsi yolunda maneə olmuşdu. Atəşkəs xəttinə yaxın və Ermənistanla həmsərhəd işğal altında olan 11 rayon üzrə torpaqların təxminən 65 min kv.m. sahəsinin mina şübhəli olduğu barədə məlumat vardır və daha 44 min kv.m. sahənin isə partlamamış hərbi sursatla (PHS)-lə çirklənmiş olduğu təyin edilmişdir. ANAMA-nın məlumat bazasında müharibədən zərər çəkmiş 11 rayon üzrə 1300-ə yaxın mina qurbanı barədə müxtəlif mənbələrdən alınmış məlumat qeyd olunmuşdur. Ölkə daxilində minadan zərər çəkənlərin real sayı 2004-cü ildə aparılacaq xüsusi tədqiqatlar nəticəsində müəyyən olunacaqdır. İndiki mərhələdə işğal edilmiş ərazilərdə mina və PHS probleminin miqyasını təyin etmək mümkün deyildir. Dağlıq Qarabağdan başqa Jəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər rayonları, Füzuli və Ağdam rayonlarının bir hissəsi Ermənistanın nəzarəti altındadır və onların mina ilə güclü çirklənməsi gözlənilir. Bu zaman təhlükəli ərazilərin ümumi sahəsi təxmini olaraq 350-830 min kv.m, minaların güman edilən sayı isə 15 mindən 100 minə qədərdir. Azərbaycan Hökuməti, Dünya Bankı və BMT-nin Azərbaycandakı təşkilatları ilə birgə maliyəlişdirdiyi, «Humanitar Yardımdan İnkişafa doğru: daha etibarlı yolların aranması» Konfransını keçirmişdir. Azad olunmuş torpaqlarda yenidənqurma və reabilitasiya işlərində səylərin gücləndirilməsi məsələsi müzakirə obyekti olmuşdur. Rəna Mirzəzadə
Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Süleyman Əlizadə Təbrizdə Qarabağa dəstək aksiyasında həbs edilib

2020-10-26

gun az article

Güney azərbaycanlı cavanlar Azərbaycan Ordusuna hərbi salam veriblər- VİDEO

2020-10-26

gun az article

8 milli fəal barəsində qeyri- müəyyənlik davam edir

2020-10-26

gun az article

GünazTV Oct.23.2020: Günaz tv-nin Michael Doran ilə musahibəsi

2020-10-24

gun az article

GünazTV Oct.24.2020 : Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovun Vaşinqton səfərinin detalları! Ceyhun Bayramov həm də Ağ Evdə önəmli görüşlər keçirib.

2020-10-24

gun az article

Qərbi Azərbaycanın yerli olmayan valisinin anti-Azərbaycan yazını "layk" etməsi etirazlara səbəb olub- FOTO

2020-10-24

gun az article

Qəzvin əyalətində 5.4 bal gücündə zəlzələ olub

2020-10-24

gun az article

"Sepah" Azərbaycan Respublikası ilə sərhədə onlarla tank gətirib- VİDEO

2020-10-24

gun az article

Abbas Lisani- Son görüş

2020-10-24

gun az article

Təbrizin İnqilab məhkəməsi 13 fəala qarşı çıxarılmış mülki vəsiqə qərarının məbləğini artırıb

2020-10-24

gun az article

GünazTV Oct.23.2020-Azadlıq Səsi: Qarabağda son durum və Güneydə həbs edilən milli-mədəni fəallar

2020-10-24

gun az article

GünazTV Oct.23.2020 : Qarabağ Muharibəsində Məğlub ermənistanın Son Durumu ,Azərbaycanın Zəfəri və Qarabağın Gələcəyi

2020-10-24

gun az article

Milli fəallar azadlığa çıxan Zeynal Tənhayi ilə görüşüblər

2020-10-23

gun az article

Güney azərbaycanlı 10 xanım fəal müvəqqəti azadlığa buraxılıb

2020-10-23

gun az article

Ərdəbilin petrokimya zavodunun işçiləri 7 aydır əməkhaqqı ala bilmirlər

2020-10-23

gun az article

Əhməd Obalı Amerika Radiosuna Güney Azərbaycanın Quzey Azərbaycan ordusuna dəstəyilə bağlı müsahibə verib

2020-10-23

gun az article

GünazTV Oct.22.2020-Sözümüz: Qarabağ Savaşı və Milli Oyanış

2020-10-23

gun az article

GünazTV Oct.22.2020- Düşünməyə Çağırı: Türkistandan Qarabağa

2020-10-23

gun az article

GünazTV Oct.22.2020 : “Paşinyan müharibə istəyir. Bu halda rəsmi Bakının addımları nə olacaq?”

2020-10-22

gun az article

Son etirazlarda tutulan 66 fəalın adı məlum olub

2020-10-22