Qalibaf: “İran uranı 60 faiz səviyyədə zənginləşdirməyə nail oldu”

2021-04-16 14:47

İran palamentinin sədri Məhəmmədbağır Qalibaf bu gün “Twitter” hesabında paylaşım edərək, ölkəsinin uranı 60 faiz səviyyədə zənginləşdirə bilməsindən xəbər verib.

Gunaz.tv Quote | Gunaz article

O, etdiyi paylaşımında uranı 60 faiz səviyyədə zənginləşdirməyi İranın nüvə alimlərinin böyük uğuru adlandırıb.


“Tam iftixarla bildirirəm ki, bu gün saat 00:40 radələrində İranın gənc və Allaha inanan nüvə alimləri uranı 60 faiz səviyyədə zənginləşdirməyə nail oldular. 


Bu uğur münasibəti ilə müsəlman və igid İran xalqını təbrik edirəm. Hesab edirəm ki, İran millətinin iradəsi möcüzələr yaradandır və istənilən məkrli planı zərərsizləşdirəcək”, -deyə İran palamentinin sədri Məhəmmədbağır Qalibaf bu gün “Twitter” hesabında etdiyi paylaşımında bildirib.


Qeyd edək ki, Vyanada Qərblə nüvə danışıqları aparan İran Xarici İşlər nazirinin müavini Abbas Əraqçi aprelin 13-də mediaya açıqlamasında ölkədə uranın 60 faiz səviyyədə zənginləşdirilməsinə başlanılmasından xəbər verib.


Əraqçi deyib ki, o Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoruna məktub yazaraq, İranın aprelin 14-dən başlayaraq, uranı 60% səviyyədə zənginləşdirəcəyini bildirib.


“Nətənz təsisatına hücum nəticəsində zədələnmiş və ya sıradan çıxmış dəzgahların yeniləri ilə əvəzlənməsindən başqa, təsisata 50% tutumlu daha 1000 sentrifuqa əlavə ediləcək”, -deyə Abbas Əraqçi bildirib.


Həmçinin İran prezidenti Həsən Ruhani aprelin 14-də Nazirlər Kabinetinin iclasında çıxış edərək, İsrailin Nətənz nüvə təsisatına qarşı hücumundan danışıb.


Ruhani deyib ki, İran həmin gündən etibarən, uranı 60 faiz səviyyədə zənginləşdirməklə düşmənin Nətənz təsisatına qarşı “şər hücum”una cavab verib.


“İranın uranı 60 faiz səviyyədə zənginləşdirməyə və yeni İR-6 sentrifuqları istehsal etməyə başlaması, bizim düşmənin Nətənz təsisatının elektrik sisteminə qarşı şər hücumuna cavabımızdır. 


Hazırda təhlükəsizlik qurumlarımız bu hücumu və təsisatda baş verən hadisəni araşdırır və araşdırmanın yekun nəticəsini bizə verəcəklər. Lakin üzdə olan odur ki, bu hücum İsrailin işidir”, -deyə İran prezidenti Həsən Ruhani bəyan edib. 


Xatırladaq ki, aprelin 11-də İranın uranı zənginləşdirən yeraltı Nətənz nüvə təsisatına hücum edilib.

İran rəsmisi Nətənz nüvə təsisatından baxış keçirərkən hündülükdən yerə  düşüb - Foto

Hücum nəticəsində baş verən güclu partlayış və yanğının ardınca Nətənz təsisatının elektrik sistemi tamamilə sıradan çıxıb, minlərlə sentrifuqa məhv edilib. Rəsmi Tehran hücumda ölənlərin olmadığını iddia etsə də, bəzi daxili mənbələr hücumda onlarla şəxsin öldüyünü və yaralandığını, İsrailə və Qərbə casusluqda şübhəli bilinən onlarla təsisat işçisi və “Sepah” çının  həbs edildiyi barədə məlumat yayıblar.

Əli Əkbər Salehi: “Nüvə razılaşmasının bərpası artıq texniki mərhələsinə  daxil olub”

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İran Azərbaycanla sərhəd mübahisəsində Ermənistanı DƏSTƏKLƏDİ

2021-05-17

gun az article

İlham Əliyev Qəbələdə məktəb tikintisinə pul ayırdı

2021-05-17

gun az article

Türkiyə əhalisinin sayı açıqlanıb

2021-05-17

gun az article

Zəngəzur gərginliyi: “Bu məsələ 10 noyabr Bəyanatında razılaşdırılıb”-Politoloq

2021-05-17

gun az article

Xəstəxanalarda yoxlamalar - İki tibb müəssisəsinin işi Baş Prokurorluğa verildi

2021-05-17

gun az article

ABŞ-ın baş konsulu Yekaterinburqu tərk edib

2021-05-17

gun az article

Bu gündən etibarən İngiltərədə muzey, kinoteatr və hoteller fəaliyyətini bərpa edir

2021-05-17

gun az article

İran prezidentinin sabiq müşaviri vəfat edib

2021-05-17

gun az article

İranın Şimali Xorasan əyalətində 5,5 bal gücündə zəlzələ olub

2021-05-17

gun az article

Müxalifət Ermənistan hakimiyyətini istefaya səslədi

2021-05-16

gun az article

Rusiya MN-dən sülhməramlılarla bağlı yeni AÇIQLAMA

2021-05-16

gun az article

Azərbaycanda son sutkada 1 122 nəfər COVID-19-dan sağalıb, 472 nəfər yoluxub

2021-05-16

gun az article

Ermənistanla Azərbaycan arasında “sərhəd danışıqları” başladı

2021-05-16

gun az article

Son 15 ildə Azərbaycanda insan alveri ilə bağlı 4 248 cinayət faktı qeydə alınıb

2021-05-16

gun az article

Roma Papası Qəzza ilə bağlı çağırış edib

2021-05-16

gun az article

İranda koronavirusdan daha 303 nəfər ölüb, 11 291 nəfər virusa yoluxub- RƏSMİ STATİSTİKA

2021-05-16

gun az article

Dünya Bankı: Azərbaycanda pandemiyanın səngiməsi iqtisadi bərpanı dəstəkləyəcək

2021-05-16

gun az article

Şəhid zabitin dəfnindən FOTOLAR

2021-05-16

gun az article

Azərbaycan Ordusu Naxçıvanda təlimlərə başlayır

2021-05-16

gun az article

Baş konsul: “Ermənistan adi məsələdən yersiz təşviş yaradır”

2021-05-16