SON XƏBƏRLƏR

Qapılar açılacaqmı?(ermənistan_Türkiyə).A. Kərimova

2021.10.20, 07:36
Qapılar açılacaqmı?(ermənistan_Türkiyə).A. Kərimova

Gunaz.tv
Qapılar açılacaqmı? ayse050708.jpg A. Kərimova Türkiyə Hökuməti iş üçün ölkəyə qaçaq yollarla gələn Ermənistan emiqrantlarına göz yumur. Hətta son zamanlar Yerevan- Antalya arasında çarter reysləri də açılıb. Erməni turistləri üçün təşkil olunan bu xidmətin təşəbbüskarı Türkiyə tərəfidir. 14 oktyabr 2009-cu ilin 14 oktyabrında Türkiyə- Ermənistan milli futbol komandalarının arasında keçiriləcək oyuna Abdullah Gülün qatılma ehtimalı da var. Bu dəfə təşəbbüs ermənilərindi. Türkiyənin Ermənistana bu sayaq jestlərindən sonra Ermənistan prezidenti cəsarətlənərək Abdullah Gülü həmin oyunu seyr etmək üçün Yerevana dəvət etmək fikrindədir. Türkiyə mətbuatı iki hökumət arasındakı bu siyasi yumşalmanı müxtəlif prizmalardan izah edir. Erməni dövlətinin və erməni diasporunun beynəlxalq arenada Türkiyə əleyhinə yürütdüyü kampaniyalar davam etdiyi zamanda və ABŞ-ın Ermənistana təyin etdiyi səfirin erməni soyqırımını tanımadığı üçün veto qoyulmasının ardından bu yumşalma anlaşılmazlıq doğurur. Şərhçilərin fikrincə, yaxın zamanda Türkiyə bağladığı qapıları Ermənistanın üzünə aça bilər. Hər iki ölkə hökumətlərinin dəyirmi masa arxasına keçməsi və yeni danışıqlar mərhələsinin başlanması gözlənilir. Bəzi siyasi şərhçilərə görə, danışıqlar sonunda Türkiyə ilə Ermənistan arasındakı qapıların açılması ehtimalı gerçəkləşərsə, Türkiyə bütün iqtisadi sektorları ilə həmin bölgəyə daxil olaraq Ermənistanın iqtisadi inkişafında mühüm rol oynayacaq. Ermənistanı iqtisadi sahədə özündən asılı vəziyyətə salan Türkiyə Qarabağ düyününün açılması üçün yeni və fərqli bir mərhələ başlaya bilər. Həmçinin, sərhədlərin açılmasıyla sözdə soyqırım problemi də aradan qalxa bilər. Rus eksperti Mixayil Aleksandrovun "Ermənistanın indiki prezidenti dönəmində türk-erməni münasibətlərinin normallaşması baş tutmayacaq"- fikrinə rəğmən Serj Sərkisyan və Abdullah Gül arasında bir yaxınlaşma hiss olunur. Və bu yaxınlaşma Türkiyə ictimaiyyətinin tənqid hədəfinə çevrilib. Türkiyənin bu addımı Azərbaycan ictimaiyyətində təbii ki, birmənalı qarşılamayacaq. Amma Qarabağ düyününün açılması üçün Türkiyənin Ermənistana girməsi və orada möhkəmlənməsi çox önəmlidir. Belə ki, bütün bunlar Türkiyəyə bölgədə gedən iqtisadi və siyasi proseslərə daxilən təsir etmək imkanını verəcek. P.S. Nədənsə, yazının sonunda bir atalar sözü yadıma düşdü- " İtlə dostluq et, amma çomağı əldən yerə qoyma". Ayşə Kərimova GÖNEN gonenay@ hotmail.com 525

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar