SON XƏBƏRLƏR

QARABAĞ AZADLIQ TƏŞKİLATI, MÜDAFİƏ NAZİRLİYİNİN RƏHBƏRLİYİNİ DƏYİŞMƏYƏ və MÜHARİBƏYƏ BAŞLAMAĞA ÇAĞIRDI

2021.10.20, 07:36
QARABAĞ AZADLIQ TƏŞKİLATI, MÜDAFİƏ NAZİRLİYİNİN RƏHBƏRLİYİNİ DƏYİŞMƏYƏ və MÜHARİBƏYƏ BAŞLAMAĞA ÇAĞIRDI

Gunaz.tv
QARABAĞ AZADLIQ TƏŞKİLATI, MÜDAFİƏ NAZİRLİYİNİN RƏHBƏRLİYİNİ DƏYİŞMƏYƏ və MÜHARİBƏYƏ BAŞLAMAĞA ÇAĞIRDI Qarabağ Azadlıq Təşkilatı Ağsaqqallar Şurası prezident İlham Əliyevə müraciət edib. Qurumdan «Media forum»a daxil olan məlumatda vurğulanıb ki, müraciətdə Azərbaycan ordusunun 90 illik yubleyi günündə narahatlıq yaradan məsələlər qabardılıb: «90 illik şərəfli tarixə malik Azərbaycan ordusunun düşmənə qarşı hələ də hərbi əməliyyatlara başlamaması bizi ciddi şəkildə narahat edir. Son 15 il ərzində işğal faktına dözüm göstərilməsinə, əsaslı nəticəsi olmayan danışıqların davam etdirilməsinə heç bir bəraət yoxdur. Azərbaycan ordusu öz vəzifəsini yerinə yetirməli, ərazi bütövlüyü uğrunda azadlıq müharibəsinə başlamalıdır». Şura ağsaqqalları bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təklif edib: «Azərbaycan ordusunda neqativ hallar, o cümlədən rüşvətxorluq və oğurluq, sıravi heyətə qarşı ədalətsizlik, haqsız cəzaların verilməsi aradan qaldırmalı, güclü nizam-intizam təmin edilməlidir. Müdafiə Nazirliyinin rəhbərliyində nazir də daxil olmaqla ciddi kadr dəyişiklikləri edilməli, yeni düşüncə tərzinə, strategiya və taktika bilgilərinə malik zabitlər irəli çəkilməlidir. Orduya ciddi ictimai nəzarət formalarından istifadə olunmalıdır. Peşəkar ordunun yaradılması istiqamətində təcili və real addımlar atılmalıdır». «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar