SON XƏBƏRLƏR

Qarabağ Rusiya və İranın məngənəsində

2021.10.20, 07:36
Qarabağ Rusiya və İranın məngənəsində

Gunaz.tv
Qarabağ Rusiya və İranın məngənəsində Xəzər İbrahim hər iki dövləti düzgün siyasət yürütməyə dəvət etdi xezer_i_150108.jpg "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hər bir dövlətin hansısa təşəbbüslə çıxış etmək hüququ var". APA-nın məlumatına görə, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim İranın Ermənistandakı səfirinin ölkəsinin vasitəçilik resursunun olduğu barədə fikrinə münasibət bildirərkən deyib: "Bütün dövlətlər münaqişənin həllinə öz töhfələrini vermək üçün səylər göstərməlidir. Əgər İran vasitəçilik etmək istəyirsə, İranın resurslarını nəzərə almaq olar. Əgər İran Ermənistana düzgün mesajlar versə, bu, münaqişənin həlli üçün ən yüksək töhfə olardı". X.İbrahim jurnalistlərə açıqlamasında Rusiya ilə Ermənistan arasındakı sıx hərbi əməkdaşlığın heç kim üçün sirr olmadığını da dilə gətirib: "Biz dəfələrlə Rusiya tərəfinə bildirmişik ki, onlar öz siyasətlərində digər öhdəliklərini də nəzərə almalıdırlar. ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi münaqişənin həllinə yardımçı olmaq Rusiyanın vəzifəsidir. Moskva İrəvanla münasibətlərində bu məqamı nəzərə alaraq Ermənistan tərəfinə işğalçı siyasətin yolverilməz olduğunu bildirməli və bu ölkəni kons-truktiv dialoqa çağırmalıdır". Ömər Əmirli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar