Qarabağa görə Təbrizdə yeni həbs olunan var

2021-01-08 15:11

Qarabağın azadlığını dəstəkləyən güneylilərin həbsi davam edir. Yanvarın 6-da buna görə Təbrizdə milli-mədəni fəal saxlanılıb.

Gunaz.tv Quote | Gunaz article

Yanvar ayının 6-ı çərşənbə günü, İran təhlükəsizlik məmurları milli-mədəni fəal Cəfər Vəkilinin şəxsi mənzilinə hücum edərək onu həbs ediblər.

 

Fəalın evinə zorla girən məmurlar heç bir məhkəmə hökmü və icazə sənədi olmadan mənzildə axtarış aparıb, C.Vəkilinin telefon, notbuk və başqa şəxsi əşyalarını götürüblər.
Cəfər Vəkili Təbrizdə tikinti podratçısı kimi fəaliyyət göstərir. Bu dəqiqə kimi onun harada saxlanıldığı və ona qarşı hansı ittihamlar irəli sürüldüyü haqda məlumat yoxdur.

 

Milli-mədəni fəallın Qarabağın azadlığı uğrunda Azərbaycan ordusunun keçirdiyi əməliyyatlara dəstək və İranın Ermənistana hərbi-texniki yardım göstərməsinə etiraz aksiyalarında fəal iştirak etdiyinə görə saxlanıldığı ehtimal edilir.

 

Qeyd etmək lazimdir ki, son aylar Təbriz, Zəncan, ərdəbil, tehran, Xiyav, makı, Tikantəpə, Sarab və başqa şəhərlərdə Qarabağın azadlığına dəstək, İranın Ermənistana yardım etməsinə etiraz və Nurduz gömrüyünün bağlaması tələbi ilə geniş aksiyalar keçirilib.

 

Aksiyalar zamanı İranın təhlükəsizlik və polis məmurları çox sayda insanı döyüb, evlərində qanunsuz axtarışlar aparıb və həbs edib.
Onlardan çoxu həbsdədir. Bir sırası məhkəməyə qədər ağır girovlar qarşılığında müvəqqəti azadlığa buraxılıb. Ancaq aksiyalarda iştirak edənlərin həbsləri hələdə davam edir.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV May.14.2021-Azadlıq səsi: İran planında İsraillilərə qarşı Hamas və İslami Cihadın terror hücümları.

2021-05-15

gun az article

GünazTV May.14.2021: Körpü: İran’da Seçkilər və Güney Azərbaycan

2021-05-15

gun az article

İran Premyer Liqası: "Traxtur" “Abadan”la bərabərə qaldı

2021-05-14

gun az article

Həmədanlı xanım atıcı beynəlxalq yarışa qatılacaq

2021-05-14

gun az article

Marağada 59 yaşlı kişini qatar vurub

2021-05-14

gun az article

Muğanda yeni neft qazma avadanlıqları quraşdırılıb-VİDEO

2021-05-14

gun az article

Zənganda qədim əl işləri sənətləri unudulmaqdadır

2021-05-14

gun az article

Xamneyini tənqid etdiyi üçün öldürülən güneyli gəncin videosu yayıldı

2021-05-14

gun az article

"Gələcək nəsillər qarşısında məsuliyyət daşıyırıq"-Güney azərbaycanlı ziyalıların müraciəti yayıldı

2021-05-14

gun az article

GünazTV May.13.2021- Düşünməyə Çağırı: Milli Günlərimiz.

2021-05-14

gun az article

GünazTV May.13.2021-Sözümüz: Ferdusi, Məzhəb, Qadın, Milliyyət

2021-05-14

gun az article

Güney Azərbaycan klubu ölkə çempionu oldu

2021-05-13

gun az article

Güney Azərbaycanın voleybol fenomeni legioner oldu

2021-05-13

gun az article

Həmədanda "Dünya Dulusçuluq Şəhəri" Mərkəzi açılacaq

2021-05-13

gun az article

Ərdəbildə daha 7 koronavirus xəstəsi vəfat edib

2021-05-13

gun az article

Güneyli xanım beynəlxalq yarışda hakimlik edəcək

2021-05-13

gun az article

Güneyli azərbaycanlı milli fəal yol qəzasında həlak oldu

2021-05-13

gun az article

Mədəni fəal Əkbər Qulizadə Tehran həbsxanasına aparılıb

2021-05-13

gun az article

Xoyda zəlzələ baş verib

2021-05-13

gun az article

GünazTV May.12.2021-Görüş: Güney Azərbaycan Milli Azadlıq Hərəkatına qarşı təxribatlar, İranda aclıq, rejim isə terroristlərə pul paylamaqdadır

2021-05-12