Qarabağda açılan topların səsi Təbrizi nə qədər sevindirirsə, Tehranı bir o qədər narahat edir

2020-09-28 10:28

Azərbaycan ordusunun işğalçı Ermənistanın təxribatına qarşı apardığı uğurlu əməliyyatlarla bağlı İranın bəzi az tanınmış saytlarının sərgilədiyi aqressiv mövqe aysbergin yalnız görünən hissəsi olaraq dəyərləndirilməlidir.

Gunaz.tv Quote | Gunaz article

İranın rəsmi saytlarına və açıqlamalarına baxdığımızda Tehranın Azərbaycanın haqlı davasında həmişə “tərəfsiz” olduğu iddialarını görürük.

 

İranın hazırkı rəhbərinin “Qarabağ İslam torpağıdır” deməsi iddialarına gəlincə onu nə Əli Xamneyinin rəsmi səhifəsində görmək mümkündür, nə də başqa hər hansı bir rəsmi mənbədə. Bu qəbildən açıqlamalar Azərbaycandakı dindar kəsimin gözündən pərdə asmaq xarakteri daşıyır.

 
İranın məsələ ilə bağlı əsas mövqeyini öyrənmək üçün gündəlik yazılar dərc edən xəbər saytları deyil bu ölkənin düşüncə mərkəzlərinin yaydığı nəşrlərə baxmaq lazımdır.
 
Tehranın təməl strategiyasında və siyasi düşüncəsində Azərbaycanın güclənməsi və zənginləşməsi bu ölkənin milli təhlükəsiziliyi üçün təhlükə təşkil edir.

 

Ölkənin strateji araşdırmalar mərkəzləri, o cümlədən xarici işlər nazirliyinin “Siyasi və Beynəlxalq Araşdırmalar Bürosu”nun yayımladığı nəşriyyatda “enerji qaynaqlarına malik Azərbaycan”ın güclənməsi Cənubi Qafqazda İran təhlükəsizliyi üçün yeganə təhlükə mənbəyi kimi göstərilir. Bu baxımdan da Ermənistanla əlaqələr İran üçün xüsusi əhəmiyyət kəsb edir.

 

İran Azərbaycanın Türkiyə, İsrail və ABŞ-la yaxınlaşması müqabilində Tehran-İrəvan-Moskva münasibətlərini balanslaşdırıcı faktor kimi dəyərləndirir, Azərbaycanın mövqeyinin regionda güclənməsinin, Azərbaycan və türk milliyyətçiliyinin yayılmasının qarşısını almağa çalışır.

 

Ümid Niayeş

Tədqiqatçı-jurnalist

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Türkiyənin koronavirus əleyhinə hazırladığı vaksinin adı açıqlanıb

2021-06-22

gun az article

BMT-nin Ali nümayəndəsi: "Füzuli rayonunda gördüklərimdən dəhşətə gəldim"

2021-06-22

gun az article

Ned Prays: “Nüvə sazişinin dirçəldilməsindən sonra İranla daha əhatəli məsələlərlə məşğul olacağıq”

2021-06-22

gun az article

Şuşa Şəhəri Dövlət Qoruğunun İdarə Heyəti yaradılacaq

2021-06-22

gun az article

Azərbaycanda son sutkada 111 nəfər COVID-19-dan sağalıb, 47 nəfər yoluxub, ölən olmayıb

2021-06-22

gun az article

Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olması rəsmən təsdiqləndi

2021-06-22

gun az article

Yaponiya və ABŞ birgə hərbi təlim keçirəcək

2021-06-22

gun az article

Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilib

2021-06-22

gun az article

Kəlbəcərin elektrik enerjisi ilə təminatına 24,5 milyon manat ayrıldı - SƏRƏNCAM

2021-06-22

gun az article

General: "NATO Azərbaycanı etibarlı tərəfdaş hesab edir"

2021-06-22

gun az article

Əlillik ala bilməyən qazilərə maddi yardım edilsin - Deputatdan təklif

2021-06-22

gun az article

Müdafiə naziri NATO-nun Quru Qoşunları Komandanlığının Qərargah rəisi ilə görüşüb

2021-06-22

gun az article

Britaniyalı deputat Azərbaycanı tənqid edənləri ikiüzlü adlandırıb

2021-06-22

gun az article

Cozep Borrel: “Ümid edirik ki, İbrahim Rəisinin prezident seçilməsinin nüvə danışıqlarına mənfi təsiri olmayacaq”

2021-06-22

gun az article

İran “yumşalır”?- “Yeni prezidentin digər xalqlara münasibəti sərt olacaq”-Politoloq

2021-06-22

gun az article

Deputatlar Şuşa Bəyannaməsinin imzalanmasını yüksək qiymətləndirir

2021-06-22

gun az article

Ağ Ev: “ABŞ prezidentinin İranın yeni rəhbəri ilə görüşmək niyyəti yoxdur”

2021-06-22

gun az article

Hikmət Hacıyev Qarabağ qaziləri ilə: "Əziz qardaşlar, haqqınızı bizə halal edin!"

2021-06-22

gun az article

Avstraliyada ermənilərin təxribatının qarşısı alınıb

2021-06-22

gun az article

İlham Əliyev BMT Baş katibinə məktub göndərib

2021-06-22