Təbrizdə Qarabağın azad edilməsini dəstəkləyən beş fəal 5 il şərti həbs və 300 şallaq cəzasına məhkum edilib.
Gunaz.tv
Təbrizdə yaşan 5 güney azərbaycanlı milli-mədəni fəal Həkimə Əhmədi, Yasəmən Zəfəri, Sədullah Sasani, Rəhim Sasani və Mehdi Pur Əli Xurmalu məhkəmənin elektron sistemi vasitəsi ilə aldıqları bildirişdə Təbrizin ikinci Cinayət Məhkəməsinnin 112-ci şöbəsində açılmış işlə bağlı qərar verildiyindən xəbər tutublar.
Cinayət Məhkəməsinin 112-ci şöbəsinin rəisi hakim Məhəmməd Əli Piri, "ictimai asayişi pozmaq, qanunsuz toplanmaq və məmurlara itaətsizlik" ittihamı ilə türk fəalların hər birinə bir il şərti həbs və altmış qamçı cəzası verib.
2013-cü ildə qəbul edilmiş İslam Cəza Qanununun 46, 49 və 54-cü maddələrinə istinadən verilmiş iddianamə "dörd il" dayandırılıb.
Xanım Əhmədi məhkəmə iclasında iştirak etmədiyinə görə, onun haqqında hökm qiyabi verilib. O və başqa dörd fəall haqlarında çıxarılan məhkəmə qərarına yenidən baxılması üçün 20 gün içində müraciət edilə bilərlər.
Məhkəmə hakimi verdiyi iddianamədə "Şərqi Azərbaycan Əyaləti İntizam Komandanlığının Kəşfiyyat və İctimai Təhlükəsizlik Polisinin və İran İslam İnqilab Keşikçiləri korpusunun Kəşfiyyat Təşkilatının hesabatına əsasən adı çəkilən şəxslərin cinayəti sübut edilmiş" hesab etmişdir.
Xatırladaq ki, milli-mədəni fəallar iyulun 16-ı, 2020-ci il tarixində, Azərbaycan Ordusuna dəstək olmaq və Ermənistanın Azərbaycan Respublikasının Tovuz şəhəri istiqamətində yeni təxribatçılığını qınamaq üçün Azərbaycan Respublikasının Təbrizdəki konsulluğu qarşısında keçirilən aksiyada iştirak etdikləri üçün həbs edilmiş, sonradan ağır vəsiqələr qarşılığında məhkəmə işinin yekunlaşmasına qədər müvəqqəti azadlığa buraxılmışdılar.
C.E