Culfa şəhərində tutuqlanan iki güneyli (azərbaycanlı) fəal "Səid Sultani və Babak Kiyumərsi"nin həbsindən 55 gün keçdi.
Gunaz.tv
Güney azərbaycanlı milli-mədəni fəallar, 4 oktyabr 2020-ci il tarixində İranın Ermənistana lojistik silah dəstəyinə etiraz çağırışları və “Nurduz” sərhəd keçid məntəqəsinin bağlanması tələbindən sonra Culfa şəhərindəki iş yerlərində həbs edildilər.
“ETTELAAT” məmurları hər iki azərbaycanlı fəalı həbs edildikdən sonra Təbrizə göndərdilər.
GünAz TV-ə yaxın bir qaynağın bildirdiyinə görə, "ran məhkəmə sistemi iki azərbaycanlı məədəni fəalı milli “ölkəəyə müxalif təşkilata üzv olmaq"da günahlandırırlar.
Ötən həftə, Səid Sultani və Babək Kiyumərsi'nin həbsinin 45-ci günü, Təbriz İnqilab Məhkəməsinin 16 saylı şöbəsi həbs müddətini 20 gün uzatdı.
Güney Azərbaycanın Culfa şəhərindən olan hər iki fəal oktyabın 4-də Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbrizdən Culfaya göndərilmiş dəstəsi tərəfindən iş yerlərində tutulublar.
"ETTELAAT" işçiləri Səid Sultanini tutuduqdan sonra onun evində təftiş apararaq, fəalın şəxsi avtomobili, mobil telefonu, kitabları və komputerini özləri ilə aparıblar.
Hər iki fəal keçmişdə də apardıqları mübarizələrə görə həbs ediliblər.
C.E