SON XƏBƏRLƏR

Qaradağ məntəqəsinin ağacları Kənd Təsərrüfatı Təşkilatının icazəsi ilə kəsilir – Sənəd

2021.10.20, 07:36
Qaradağ məntəqəsinin ağacları Kənd Təsərrüfatı Təşkilatının icazəsi ilə kəsilir – Sənəd

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Qaradağ məntəqəsində meşə ağaclarının İranın şimal bölgəsindən gələn ağac şirkətləri tərəfindən kəsilməsinin Kənd Təsərrüfatı Təşkilatının icazəsi əsasında baş verdiyi bildirilir.

 

Bir neçə gün araşdırmalardan sonra Güney Azərbaycan ətraf mühitinə yaradılan təhlükə ilə bağlı Kənd Təsərrüfatı Təşkilatının birbaşa məsuliyyət daşıdığı məlum olub.

 

Əldə olunan informasiyaya görə, Kənd Təsərrüfatı Təşkilatı İranın şimal bölgəsinin (əsasən Gilan Əyaləti) ağac şirkətlərindən müəyyən məbləğdə pul alaraq onlara Azərbaycanın Qaradağ bölgəsində müxtəlif növ meşə ağaclarını kəsməyə icazə verib. Həmin ağacların şimal bölgəsi, o cümlədən Rəşt fabriklərinə daşınması üçün Yol Polisi İdarəsinə də tapşırıq verilib.

 

Şübhəsiz ki, ağac fabriklərinə belə bir icazəni verən rəsmi orqanlar bölgə əhalisinin qarşısında cavabdeh olmalıdır.

 

Ötən günlərdə Əhər Qaradağ məntəqəsindən yayılan videolarda bir çox ağacların kəsildiyi məlum olub. Soydaşımız bu hadisəyə kəskin etiraz bildirdikdən sonra Şərqi Azərbaycan Kənd Təsərrüfatı Təşkilatının rəisi dekabrın 27-də ağacların kəsilməsinin qadağan edildiyinə dair əmr imzalayıb.

Göstərişdə Kəleybər, Xudafərin, Əhər, Hurand, Vərziğan və Culfa şəhərlərinin Kənd Təsərrüfatı Təşkilatlarının məsullarına növbəti xəbərdarlığa qədər bütün növ ağacların kəsilməsinin qadağan edildiyi elan olunub.

 

Kəleybərin İran parlamentindəki millət vəkili Quliullah Quluzadənin dediyi kimi, dövlət ölkənin şimalında “meşələrin tənəffüsü” adlı bir layihəni həyata keçirərək ağacların kəsilməsinə 10 illik qadağa qoyub. Bu səbəbdən bir ildən çoxdur ki, şimal bölgəsinin ağac şirkətləri Qaradağ məntəqəsinə üz tutaraq müxtəlif növ ağacları dəyər-dəyməz qiymətinə alır və öz fabriklərinə daşıyırlar.

 

Aşağıda Kənd Təsərrüfatı Təşkilatının Kəleybərin meşə ağaclarının kəsilərək Rəştə daşınmasına icazə verən rəsmi sənədləri oxuya bilərsiniz:

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar