Qaradağ meşələri yenədə YUNESKO-nun mədəni irs siyahısına salınmadı

2020-11-20 20:57

Bu İran hökumətinin bir çox sahələrdə olduğu kimi Güney Azərbaycanın təbii sərvətlərinədə laqeyd münasibətindən, onların qorunub saxlanılması ilə bağlı tədbirlər görməməsindən irəli gəlir.

Gunaz.tv Quote | Gunaz article

İran hökumətinin Əl İşləri, Turizm və Mədəni İrs Təşkilatı rəhbərinin müavini “Məhəmməd Həsən Talibian”, 19 noyabr cümə axşamı günü Təbrizdə bildirib ki, “Qaradağ meşələrinin çox yerlərində əkinçilik ərazilərinin geniş olması səbəbindən" YUNESKO-nun mədəni isr siyahısına salınmayıb.

 

O artırıb ki: "Təşkilatın mütəxəssislərinin səyləri nəticəsində rədd edilmiş təklifi növbəti dəfə gündəmə gətirmək haqqına sahib olduq. Bu bizə meşələrin mədəni irs siyahısına salınması üçün sənəddə dəyişiklik edərək başqa bir şəkildə hərəkət etməyimizə imkan verir.”

 

Onun sözlərinə görə, təklifin həyata keçməsi üçün Qaradağ meşələrində əkinçilik sahələrinin və aktiv istismar olunan ərazilərin oradan yığışdırılaraq Araz çayı sahillərinə köçürülməsi lazimdir.

 

Xatırladaq ki, Qaradağ meşələri ötən il YUNESKO tərəfindən qeydə alınmalı idi, lakin ərazidəki qanunsuz tikinti işləri və mədənçilər tərəfindən meşəyə ziyan vurulması buna mane oldu və Qaradağ meşələrinin YUNESKO tərəfindən siyahıya alınması təklifi rədd olundu.

 

İran hökumətinin təbii sərvətlərin ,meşələrin və ekologiyanın qorunması ilə bağlı yarıtmaz siyasətlərini nəzərə alaraq, cənab Talibianın iddia etdiyi kimi, müvafiq icra hakimiyyəti orqanlarının bu işin öhdəsindən gələ biləcəkləri şübhə doğurur.

 

Qaradağın Hirkani meşələri yer kürəsinin ən qədim meşələridir. Təxminlərə əsasən, qırx milyon il yaşı var və buz dövrünə aiddir.
 

Qaradağ meşələrinin 164 min hektar sahəsi var, bu sahədən 148 min hektarının qoruma altında olduğu elan olunub. Buna baxmayaraq vaxtaşırı bölgədə ağacların tək-tək və ya kütləvi şəkildə kəsilməsinə, eləcə də yanğınların baş verməsinə şahid oluruq.

 

Bu meşələrdə çoxlu heyvan yaşayır və müxtəlif bitki növləri mövcuddur.

 

Keçən il Azərbaycan İnsan Hüquqları Cəmiyyəti Qaradağ meşələrində baş verən yanğınla bağlı Birləşmiş Millətlər Təşkilatına (BMT) raport təqdim edib. Raportda yanğınların səbəbləri, meşə sahələrinin yanaraq sıradan çıxması, yanğının vaxtı-vaxtında söndürülməməsi, bölgədə yanğın söndürmək üçün lazımi imkanların olmaması və s. kimi məsələlərə işarə edilib.
 

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Dec.03.2020-Sözümüz: Siyasi Məhbuslarımızın Ağır Durumu

2020-12-04

gun az article

GünazTV Dec.03.2020- Düşünməyə Çağırı: Qarabağ Şavaşının Özü və Sözü.

2020-12-04

gun az article

Səid Sultani və Babək Kiyumərsi Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti azadlığıa buraxıldı

2020-12-03

gun az article

Təbrizin Maşınqayırma zavodunun yeni rəisi işçiləri işdən qovmaqla hədələyir

2020-12-03

gun az article

Ötən həftə ərzində Ərdəbildə 78 nəfər koronodan ölüb

2020-12-03

gun az article

Şərqi Azərbaycan valisi: Təbriz avtobus parkının% 70-dən çoxu köhnəlmişdir

2020-12-03

gun az article

Traxturun baş məşqçisi: 35 milyon türk azarkeşə cavab verməliydim

2020-12-03

gun az article

İran silahlı qüvvələri Qərbi Azərbaycanda terroristlər tutduğunu iddia edir

2020-12-03

gun az article

Ərdəbil şəhərinin duvarlarında həbsxanada saxlanılan siyasi məhbuslara dəstək qrafitləri

2020-12-03

gun az article

Ərdəbil həbsxanasında koronovirus tüğyan edir

2020-12-03

gun az article

GünazTV Dec.02.2020: Güney Azərbaycanda mədəni zindanilərimiz,GünazTV Dec.02.2020: Qarabağ Azadlığınan sonra İranın siyasəti

2020-12-03

gun az article

Səid Sultani Təbriz Mərkəzi Həbsxanasına köçürülüb

2020-12-02

gun az article

GünazTV Dec.02.2020: Paylaşım programı 4-cü Bölüm

2020-12-02

gun az article

GünazTV Dec.02.2020 : “Vətən Müharibəsi bitdi! Azərbaycan ərazi bütövlüyünü bərpa etdi”

2020-12-02

gun az article

Azərbaycanlı istedadlı yeniyetmə: "Mən Türkəm və Qalatasarayda oynamağı arzulayıram"- VİDEO

2020-12-02

gun az article

Babak Kiyumərsi Təbriz Mərkəzi Həbsxanasına köçürülüb

2020-12-02

gun az article

Güney azərbaycanlı alim Əhməd Rza Cəlalinin edamı təxirə salınıb

2020-12-02

gun az article

İranda türk dilində milli televiziya kanalının yaradılmasına dəstək kompaniyası

2020-12-02

gun az article

Məhəmməd Rəhmanifər: "Azərbaycanlı siyasi məhbusların həyat və sağlamlığı təhlükədədir"

2020-12-02

gun az article

Qərbi Azərbaycan əyalətinin 1251 məktəbinin istilik sistemi yararsız vəziyyətdədir

2020-12-02