SON XƏBƏRLƏR

Qaradağ meşələrində yanğın baş verib - yanğına qarşı mübarizə vasitələri yoxdur

2021.10.20, 07:36
Qaradağ meşələrində yanğın baş verib - yanğına qarşı mübarizə vasitələri yoxdur

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Qaradağ meşələrində yanğın baş verib. Alovun miqyası getdikcə böyüyür, lakin yanğını söndürmək üçün lazım olan vasitələr yoxdur.

 

Yerli mənbələr yanğının neçə gün əvvəl başladığını bildirdiyi halda, hökumət rəsmiləri yanğının avqustun 21-i axşam saatlarında başladığını iddia edir.

 

Yanğın davam edir, yerli məsullar isə Tehrandan helikopter göndəriləcəyini bildirir. Bölgədə yetəri qədər yanğınsöndürən qrup, maşın və bu iş üçün lazım olan imkanlar olmadığından əraziyə “Süngün Mis Mədəni”nin fəhlələri və siyahlı qüvvələr cəlb olunub. Yanğın söndürməkdə təxəssüsü olmayan qruplar onun qarşısını almaqda aciz qalıb.

 

Şərqi Azərbaycan Əyalətinin Təbii Fəlakətlər İdarəsinin baş direktoru Məhəmmədbağır Hünərbər bu gün “İrna” xəbər agentliyinə bildirib ki, hal-hazırda yanğını söndürmək məqsədi iki helikopter Tehrandan Xudafərin şəhərinə yola düşüb. Ümid edirik ki, helikopterlər çatdıqdan sonra yanğın qısa müddətdə söndürüləcək.

 

Məhəmmədbağır Hünərbər yanğının səbəbi kimi insan amilini göstərib. Onun sözlərinə görə, hadisə ilə əlaqədar 3 nəfər saxlanılıb.

 

Qaradağ meşələri Şərqi Azərbaycan Əyalətinin şimal bölgəsində yerləşir, onun 168 min hektar sahəsi var. Bölgənin ətraf mühiti üçün olduqca zəruri olan meşələrdə müxtəlif növ bitki və heyvan yaşayır. İqtisadi baxımdan bölgə üçün böyük əhəmiyyət kəsb edən meşələrdə ovçuluq üçün də əlverişli şərait var.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar