SON XƏBƏRLƏR

Qaradağda yüzlərlə hektar meşə yandı, Tehrandan helikopter göndərilmədi... - VİDEO

2021.10.20, 07:36
Qaradağda yüzlərlə hektar meşə yandı, Tehrandan helikopter göndərilmədi... - VİDEO

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, Güney Azərbaycanın Qaradağ meşələrində geniş miqyaslı yanğın baş verib.

 

Ətraf şəhərlərdə yanğın söndürmək üçün lazım olan vasitələr yetəri qədər olmadığı üçün yanğını vaxtında söndürmək mümkün olmayıb, alovun miqyası getdikcə böyüyüb. Bunun nəticəsində yüzlərlə hektar meşə yanaraq sıradan çıxıb.

 

Hökumətin xəbər agentlikləri Tehrandan bölgəyə helikopterin yola düşdüyünü yazsa da, dünən günortadan sonra Şərqi Azərbaycan Əyalətinin Təbii Fəlakətlər İdarəsinin baş direktoru Məhəmmədbağır Hünərbər baş verən fəalakətlə mübarizədə Tehrandakı məsulların yardım etmədiyini bildirib.

Əslində M.Hünərbər cümə axşamı günü səhər saatlarında yanğını söndürmək məqsədi ilə Tehrandan Xudafərinə helikopterin yola düşdüyünü bildirmişdir. O bir az sonra yerli qüvvələr, o cümlədən rəsmi orqanlar və silahlı qüvvələrin yardımı ilə yanğının söndürüldüyünü də elan etdi. Lakin günortadan sonrakı açıqlamasında saat 14 radələrində yanğının yenidən alovlandığını bildirib. O Tehrandakı təşkilatların heç bir yardım etmədiyini dəfələrlə dilə gətirib. “Hələlik helikopterdən heç bir xəbər yoxdur. Ümid edirəm ki, aidiyyatı orqanlar öz məsuliyyətlərinə əməl edəcək və yanğın söndürüləcək.”- deyə M.Hünərbər vurğulayıb.

 

 

 

Təbriz Yanğınsöndürmə Təşkilatının icraçı direktoru isə hadisə yerinə yanğınsöndürən maşın və qruplar göndərdiyini bildirib.

 

 

Baş verən geniş miqyaslı yanğın İran televiziyası və kütləvi informasiya vasitələrində yetəri qədər işıqlandırılmır.

 

Yerli mənbələrin verdiyi məlumata görə, hökumət rəsmiləri yanğınla bağlı müraciət edən bölgə əhalisini qəbul etməkdən imtina edir, məsullar əllərində heç bir imkan olmadığını bildirir.

 

https://www.youtube.com/watch?time_continue=8&v=anuj1oj6Eb0

 

Yerli mənbələr yanğının neçə gün əvvəl başladığını bildirdiyi halda, hökumət rəsmiləri yanğının avqustun 21-i axşam saatlarında başladığını iddia edir.

 

https://www.youtube.com/watch?time_continue=12&v=A4RG8m7uv8A

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar