SON XƏBƏRLƏR

Qardaş komandaların müsabiqəsinin son nəticəsi

2021.10.20, 07:36
Qardaş komandaların müsabiqəsinin son nəticəsi

Gunaz.tv

GünAzTv: Bu gün yerli vaxtla saat 14:30-da Təbrizin “Traxtur” və “Şəhrdari” komandalarının arasında keçirilən futbol müsabiqəsi “Traxtur” komandasının qələbəsi ilə sona çatdı.

 

“Cam-i həzfi” rəqabətləri çərçivəsində keçirilən müsabiqənin birinci hissəsində “Traxtur” komandası tərəfindən qardaş komandanın qapısına 4 qol vuruldu.

 

İkinci hissədə isə “Şəhrdari” komandası tərəfindən 2 qol (vurulan qolların biri penalti olub) vurularaq oyunun hesabindakı fərq azaldılıb. Müsabiqənin son dəqiqələrində isə “Traxtur” komandası tərəfindən daha 1 qol vurulub.

 

Bununlada müsabiqə (5 – 2) hesabı ilə “Traxtur”un xeyirinə başa çatıb.

 

Diqqətə layiq məqamlardan biri ondan ibarətdir ki, müsabiqə ərəfəsində hansı komanda tərəfindən qol vurulduğuna baxmayaraq, tamaşaçılar “Eybi Yox” şüarını səsləndirərək yarışan doğma komandaların qardaşlığını bu şəkildə ifadə ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar