SON XƏBƏRLƏR

Qasım Süleymani: “2-ci nüvə razılaşması ilə islami hərəkatların kökünü kəsmək istəyirlər”

2021.10.20, 07:36
Qasım Süleymani: “2-ci nüvə razılaşması ilə islami hərəkatların kökünü kəsmək istəyirlər”

Gunaz.tv

GünAz TV: “Sepah”ın “Qüds Briqadası”nın komandanı Qasım Süleymani yenə də Qərb əleyhinə fikirlər səsləndirib.

 

O iddia edib ki, “Amerika Birləşmiş Ştatları regionda fəaliyyət göstərən islami cərəyanların kökünü kəsmək üçün İranı 2-ci nüvə razılaşması imzalamağa vadar etmək istəyir”.

 

Süleymani “düşmən”in əvvəldən bununla bağlı planları olduğunu iddia edib: “Düşmən əvvəldən nüvə razılaşmasını 3 mərhələli hesab edirdi, 1 mərhələli deyil. Obama yavaş- yavaş bu mərhələləri keçmək hədəfi güdsə də, Tramp bunu sürətlə etmək istəyir və bu proses 3-cü nüvə danışığına qədər davam edəcək”- deyə “Qüds Briqadası”nın komandanı əlavə edib.

 

Qasım Süleymani 2-ci və 3-cü nüvə razılaşmalarının xırdalıqlarını açıqlamayıb.

 

İlk dəfə 2-ci nüvə razılaşması sözünü Həsən Ruhani 2016-cı ildə noruz bayramı münasibəti ilə xalqa ünvanladığı təbrikdə işlətmişdi. O, bir ay əvvəl Milli Məclis və Ekspertlər Məclisi seçkilərinə işarə edərək, bu seçkilərin 2-ci “Bərcam”ın (nüvə razılaşması) başlanğıcı olduğunu bildirmişdi.

 

Bundan bir neçə saat sonra Məşhəddə çıxış edən Əli Xamneyi isə prezidentin adın çəkmədən 2 və 3-cü “Bərcam” ideasının irəli sürülməsini tənqid etmiş və bildirmişdi ki, “bəziləri ölkə problemlərini həll etmək üçün Amerika ilə müzakirə aparmağa ümid bəsləyiblər”.

 

Xamneyinin bu çıxışı onun tərəfindən vəzifə verilmiş şəxslərin və mühafizəkar cərəyanların 2 və 3-cü “Bərcam”a qarşı hücuma keçmələri üçün zəmin yaratmışdı.

 

Qeyd etmək lazımdır ki, Amerika Birləşmiş Ştatları İranla yenidən nüvə razılaşması üçün bəzi şərtlər irəli sürüb. Onlardan bir hissəsi də İranın regionda terror qruplaşmalarına göstərdiyi dəstəyi kəsmək, regionda sabitliyi pozmağa hesablanmış siyasətlərindən əl çəkmək və raket proqramını dayandırmaqdır. Süleymani "islami cərəyanlar" deyərkən regionda fəaliyyət göstərən "Hizbullah" kimi terror təşkilatlarını nəzərdə tutur. 

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar