SON XƏBƏRLƏR

Qasım Süleymaninin öldürülməsinə sevinən suriyalılar küçələrdə əhali arasında şirniyyat paylayıblar – 2 VİDEO

2021.10.20, 07:36
Qasım Süleymaninin öldürülməsinə sevinən suriyalılar küçələrdə əhali arasında şirniyyat paylayıblar – 2 VİDEO

Gunaz.tv

GünazTV: “Sepah” terror təşkilatının “Qüds” briqadasının komandanı Qasım Süleymaninin Amerikanın hava qüvvələri tərəfindən öldürülməsinə sevinən suriyalılar yanvarın 3-də ölkənin müxtəlif şəhərlərində əhali arasında şirniyyat paylayıblar.

 

Son illər Suriyada baş verən döyüşlərdə on minlərlə günahsız insanın öldürülməsində birbaşa əli olan, ölkənin daxili işlərinə qarışan Qasım Süleymaninin ölüm xəbərinə görə şadlıq edən Suriya əhalisi Dəməşqdə və digər şəhərlərdə küçələrə çıxıb insanlar arasında şirniyyat paylamaqla, İranın müdaxiləçi siyasətinə vurulan ağır zərbədən sevindiklərini nümayiş etdiriblər. Suriyalılar həmçinin İranın, o cümlədən də “Sepah” terror təşkilatının ölkənin daxili işlərinə qarışmasına son qoyulmasını tələb ediblər.

 

 

Xatırladaq ki, yanvarın 3-ü gecə saat 01:20 radələrində Bağdadın hava limanı yaxınlığında “Sepah”ın “Qüds” briqadasının komandanı Qasım Süleymani, eləcə də daha 4 “Sepah”çı,  Hüseyn Cəfəri Niya, Şəhrud Müzəffəri Niya, Hadi Tarəmi və Vəhid Zamaniyan, həmçinin “Həşdəş-Şəbi” başçısının müavini Əbu Mehdi əl-Mühəndis, həmin qruplaşmanın ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Məhəmmədrza əl-Cabiri və daha bir neçə terrorçu ABŞ-ın hava hücumunda məhv edilib.

 

VİDEOLAR:

 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar