Qaşqay türkləri Türk dili əlifbası dəftəri hazırlayaraq paylayıblar- FOTO

2020-11-02 16:01

Qaşqa türkləri türk uşaqlarına ana dillərində təhsil almaq imkanı verilməməsinə etiraz olaraq Türk dili əlifbası dəftəri hazırlayaraq paylayıblar.

Gunaz.tv Quote | Gunaz article

Qaşqayın bir qrup milli fəalı bu dəftərləri "dirçələn ümidlər" kampaniyası adı altında işə salaraq, Qaşqay, Güney Azərbaycan və Türkmən türkləri arasında paylayıblar.


Qaşqayların müstəqil xəbər agentliyi olan "Baydaq"ın məlumatına görə, təşəbbüs xalqın etdiyi maddi yardımlar əsasında həyata keçirilib. 


Dəftərin əsas diqqət çəkən hissəsi onun cildinin dizaynıdır. Bu, İranın Təhsil İdarəsinin səs- küyə səbəb olan addımına sərt cavab hesab edilir. 


Türk əlifbasının məşqi adlanan cild layihəsi iki əlifba- "Latürk" (Latın əlifbası ilə Türkcə) və "Ətürk" (Ərəb əlifbası ilə Türkcə) ilə yazılıb. Cildin üzərində uşaqların oyun meydançası təsvir edilib. 


Dəftərdə, həmçinin oğlan uşaqları ilə qız uşaqları bir yerdə təsvir edilib, hansı ki, İran rejimi riyaziyyat kitabının üz qabığında qızların təsvirini silmişdi. 


Digər diqqət çəkən məqam oyun mühitində uşaqların Türkmən, Azərbaycan və Qaşqay milli geyimlərində bir arada oynması, türkmən oğlanın milli paltarda ağacın üstünə düşən topu nərdivanla çıxıb düşürməsidir. 


Oyun səhnəsində Qaşqay milli geyimində gəlincik, oyuncaq maşın, karandaş, dəftər və karandaş yonan təsvir edilib. Bu isə o anlama gəlir ki, bu oyuncaq və əşyalar bütün uşaqlara aiddi, ümumi mülkiyyətdir, şəxsi deyil. 


Qeyd edək ki, İranın cari il üçün nəşr etdiyi 3-cü siniflər üçün nəzərdə tutulmuş fars dili kitablarında ölkənin ən böyük etniki, yəni türklərə aid heç bir təsvirin olmaması, eləcə də qız uşaqları təsvirlərinin kitabların üz qabığından silinməsi böyük səs- küyə səbəb olub. İran rejiminin bu addımı ölkə türkləri arasında kəskin etirazlara səbəb olmaqla yanaşı, qadınlara 2-ci dərəcəli cins kimi baxması da kəskin pislənib.

 

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Zənganın 170 kəndində insanlar içməli su tapmır

2021-08-03

gun az article

İran parlamentinin keçmiş deputatı koronavirusdan öldü

2021-08-03

gun az article

Marağada 9 milyon illik heyvan fosilləri aşkar edilib

2021-08-03

gun az article

Təbrizdə koronavirusla bağlı karantin yenidən sərtləşdirilir

2021-08-03

gun az article

Qəzvində və Qərbi Azərbaycanda sel fəlakəti: 6 nəfər həlak olub

2021-08-03

gun az article

ETTELAAT Türkiyədə yaşayan culfalı xanımı şərləmək istəyir

2021-08-03

gun az article

Təbrizdə "korona" qurbanlarını sayı gizlədilir: Xəstəxanalarında çarpayı çatışmır

2021-08-03

gun az article

Urmu həbsxanasında 3 məhbus edam edilib

2021-08-03

gun az article

Milli fəal Həmid Mənafi sürgünə göndərildi

2021-08-03

gun az article

Güneydə ekoloji fəlakət: Qızılüzən çayı qurudu, balıqlar tələf oldu

2021-08-03

gun az article

Güneyli veloyürüşçü Rəsulzadənin məzarını ziyarət edib

2021-08-02

gun az article

Ərdəbildə içməli su qıtlığı: Əhaliyə keyfiyyətsiz su verilir

2021-08-02

gun az article

Sel və daşqınlar Şərqi Azərbaycanda ciddi fəsadlar yaradıb- VİDEO

2021-08-02

gun az article

Məşhur “Sizə salam gətirmişəm” şeirinin müəllifi vəfat etdi-VİDEO

2021-08-02

gun az article

Güneyli məktəblilərdən böyük uğur: Qəbul imtahanlarında 9 nəfər ilk yerləri tutub

2021-08-02

gun az article

“Türkiyədə bir ağac yanarsa Azərbaycanda min ürək yanar"- Güney Azərbaycandan Türkiyəyə dəstək

2021-08-02

gun az article

24 İyul Təbriz aksiyasında saxlanılanlardan 3-ü dindirilib

2021-08-01

gun az article

Qəzvində üç məhkum edam edilib

2021-08-01

gun az article

Milli fəallar Aydın Zakiri və Vəhid Xavəndinin ittihamları sübuta yetirilməyib

2021-07-31

gun az article

Təbriz aksiyasında saxlanılan fəal müvəqqəti azadlığa buraxılıb

2021-07-31