SON XƏBƏRLƏR

Qaşqay türklərindən olan görkəmli musiqiçi vəfat edib

2021.10.20, 07:36
Qaşqay türklərindən olan görkəmli musiqiçi vəfat edib

Gunaz.tv

GünAz TV: Qaşqay türklərinin görkəmli musiqi ustadı Furud Qorqinpur vəfat edib.

 

Skripka və kamança ifaçısı 2019-cu ilin son günündə Tehranda ürək tutmasından dünyasını dəyişib.

 

Furud uşaq yaşlarında akkordeon öyrənməklə musiqiyə başlayıb. O 1975-ci ildə Tehran Universitetində musiqi üzrə təhsilini başa vurduqdan sonra kamança ifa etməyə başlayıb. Sonrakı illərdə ölkə daxilində keçirilən festivallarda kamança və skripkada solo ifaçısı kimi birinci yerə layiq görülüb.

 

Mərhum ustad Furudun həyat yoldaşı Əfanə Cahangiri də Qaşqay türklərinin məşhur müğənnilərdən biridir.

 

Furud Qorqinpurun atası Həbib setar ifaçısı olub, onun kor və ya görmə qabliyyəti zəif olan Mustafa, Frud, Fərhad və Pəriçöhr adlı 4 övladı olub. Həbib Qorqinpurun bütün övladları musiqi sahəsində ustad olub.

Furudun qardaşı Fərhad Qorqinpur ötən ilin noyabr ayında Şirazda vəfat edib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar