SON XƏBƏRLƏR

QAT Türkiyə-Ermənistan yaxınlaşmasını pisləyir

2021.10.20, 07:36
QAT Türkiyə-Ermənistan yaxınlaşmasını pisləyir

Gunaz.tv
QAT Türkiyə-Ermənistan yaxınlaşmasını pisləyir akif-naqi.jpg Qarabağ Azadlıq Təşkilatı (QAT) Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına yönələn addımları pisləyən bəyanat verib. Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bəyanatda bildirilib ki, son günlərdə Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərinin normallaşması, bəzi dövlət rəsmiləri, KİV nümayəndələri tərəfindən bu prosesin müsbət hadisə kimi təqdim olunması cəhdləri ciddi narahatlıq doğurub: “Ermənistan öz mövqeyindən geri çəkilməyib, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarında, qondarma “erməni soyqırımı”nda hələ də təkid edir. Ermənistanın cinayətkar rejimi özünü legitimləşdirməyə, beynəlxalq birliyin rəğbətini bərpa etməyə, beynəlxalq təşkilatların təzyiqlərindən yaxa qurtarmağa çalışır. Ona görə də Azərbaycan və Türkiyə ilə xoş münasibətlər görüntüsü yaratmağa cəhd göstərir. Lakin Ermənistan heç bir prinsipial məsələdə öz mövqeyindən geri çəkilmir”. Bəyanat müəllifləri hesab edir ki, Azərbaycan və Türkiyə rəhbərliyi Ermənistanın yalançı sözlərinə və növbəti fırıldaqlarına aldanmamalı, prinsipial və qətiyyətli mövqe nümayiş etdirməlidir: “Ermənistan münasibətlərin normallaşmasını istəyirsə, dərhal ərazi iddialarından əl çəkməli, Azərbaycanın işğal olunmuş ərazilərini qeyd-şərtsiz tərk etməli, təcavüz aktına görə Azərbaycan xalqından və bütövlükdə dünya birliyindən üzr istəməli, qondarma “erməni soyqırımı” iddialarına son qoymalıdır. Əgər bu baş vermirsə, Ermənistanla hər hansı xoş niyyətli təmaslar erməni siyasətinə xidmətdən, erməni iddiaları qarşısında diz çökməkdən başqa bir şey deyildir”. Ramil Məmmədli LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar