Qazaxın işğaldakı kəndləri ermənilərdən boşaldılır? - Sərhəddən xəbər var

2021-03-08 10:32

Erməni sosial şəbəkələrində yayılan məlumata görə, Azərbaycanın Qazax rayonunun işğal altındakı 7 kəndi ilə bağlı demarkasiya və delimaitasiya işləri başlanıb. Xəbərlərdə...

Gunaz.tv Quote | Gunaz article

Erməni sosial şəbəkələrində yayılan məlumata görə, Azərbaycanın Qazax rayonunun işğal altındakı 7 kəndi ilə bağlı demarkasiya və delimaitasiya işləri başlanıb. Xəbərlərdə artıq Barxudarlı kəndinin ermənilərdən boşaldıldığı da bildirilib. Digər 6 kəndin də tezliklə Rusiya sülhməramlılarının vasitəçiliyilə Azərbaycan Ordusunun nəzarətinə veriləcəyi qeyd edilir.


Ermənilərin sosial şəbəkələrdə yazdıqları şərhlərdən təşvişə düşdükləri hiss olunur. Hətta bir çoxları sos siqnalı verərək, kəndlərin boşaldılmasını faciə kimi qiymətləndirirlər.

 

Xatırladaq ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış bəyanatın 2-ci bəndində Qazax rayonunun işğal edilmiş 7 kəndinin də Azərbaycana geri veriləcəyi qeyd edilmişdi. Lakin sonradan əsas açıqlamada və bəyanatın təqdimetməsində həmin müddəanın yer almadığı bəlli oldu.


Buna baxmaraq, bir müddət sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında bildirdi ki, razılaşmaya əsasən, Ermənistan Qazaxın işğal altındakı hissələrini
 boşaldacaq.


Modern.az-ın məlumatına görə, Qazax rayonun işğal altında qalan kəndləri bunlardır:


Bağanis Ayrım – 24.03.1990
Xeyrimli – 08.03.1992
Aşağı Əskipara – 12.03.1992
Barxudarlı – 27.04.1992
Sofulu – 27.04.1992
Qızılhacılı - 11.05.1992
Yuxarı Əskipara – 08.06.1992


Qeyd edək ki, 10 noyabr tarixli bəyanatdan sonra faktiki olaraq, Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədi yenidən qurulur. Çünki 1992-93-cü illərdəki işğaldan sonra Zəngilan və Qubadlının bəzi əraziləri Ermənistana ilhaq edilmişdi. Həmin ərazilər son vaxtlar Rusiya süləhməramlılarının vasitəçiliyilə yenidən demarkasiya və delimitasiya olunub və Ermənistandan geri alınaraq, Azərbaycana təhvil verilib.


Belə görünür ki, artıq növbə Qazaxın işğaldakı kəndlərinə çatıb. Qeyd edək ki, bəhs etdiyimiz 7 kənd Azərbaycanın Ermənistan ərazisindəki həm eksklavı, həm anklavı sayılır.  Həmin kəndlərə Azərbaycanın əsas ərazisindən bilavasitə yol yoxdur. Bunun üçün kəndlərə dəhliz açılıb-açılmayacağı barədə hələ ki bir qərar yoxdur... 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

ABŞ döyüş gəmilərini Qara dənizə göndərməkdən imtina etdi

2021-04-15

gun az article

Rusiyada yanğın zamanı 4 uşaq həlak olub

2021-04-15

gun az article

Blinken: Bayden Putini yaxın həftələrdə görüşməyə dəvət edib

2021-04-15

gun az article

Ukrayna baş nazirinin müavini: "Tezliklə tamamilə yeni Ağdam olacaq"

2021-04-14

gun az article

Ərdoğan İtaliyanın baş nazirinə cavab verib: "İşlətdiyi ifadə tərbiyəsizlikdir"

2021-04-14

gun az article

Lukaşenkonun Azərbaycana səfəri başa çatıb

2021-04-14

gun az article

Azərbaycanda rəssam koronavirusdan ölüb

2021-04-14

gun az article

Qubadlı, Kəlbəcər, Ağdam və Füzuli hərbi prokurorluqları bina ilə təmin ediləcək

2021-04-14

gun az article

Rusiya XİN Baydenlə Putinin görüşünə hazırlıq görür

2021-04-14

gun az article

Paşinyan Ermənistanın müharibə itkilərini AÇIQLADI

2021-04-14

gun az article

Oleksi Reznikov: "Ukrayna Azərbaycanı dəstəkləyib və dəstəkləməkdə davam edəcək"

2021-04-14

gun az article

Azərbaycanda daha 2293 nəfər COVID-19-a yoluxub, 31 nəfər vəfat edib

2021-04-14

gun az article

Baş epidemioloq: “Gürcüstanda koronavirusun üçüncü dalğası başlayıb”

2021-04-14

gun az article

Ruhani: “İranın uranı 60% səviyyədə zənginləşdirməyə başlaması düşmənin Nətənzdəki təxribatına cavabdır”

2021-04-14

gun az article

"Onların mövqeyi Ermənistandakı revanşist qüvvələrə stumul verir": Millət vəkilindən Minsk Qrupunun son bəyanatına REAKSİYA

2021-04-14

gun az article

İranda koronavirusdan daha 304 nəfər ölüb, yoluxma sayı 25 582-ə çatıb – RƏSMİ STATİSTİKA

2021-04-14

gun az article

Lukaşenko: “İşğaldan azad edilmiş ərazilərdə həyatın bərpası üçün çox ağır işlər görülməlidir”

2021-04-14

gun az article

Ermənistanda koronavirusa yoluxanların sayı 204 mini ötüb

2021-04-14

gun az article

Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü başlayıb

2021-04-14

gun az article

İran uranı 60% səviyyədə zənginləşdirməyə başladığını bəyan edib: “Bu Tehranın provakativ addımıdır”-Ağ Ev

2021-04-14