SON XƏBƏRLƏR

Qazaxıstan XİN: "Azərbaycan, İran və Türkmənistan Xəzər dənizinin dibinin bölünməsi ilə bağlı danışıqlar aparır"

2021.10.20, 07:36
Qazaxıstan XİN: "Azərbaycan, İran və Türkmənistan Xəzər dənizinin dibinin bölünməsi ilə bağlı danışıqlar aparır"

Gunaz.tv

GünAz TV: “Qazaxıstan qısa müddətdə Xəzər dənizinə dair Konvensiyanı ratifikasiya etmək niyyətindədir. Düşünmürəm ki, bu məsələnin həlli uzanacaq”.

 

"Report" xəbər verir ki, bunu Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) xüsusi işlər üzrə elçisi Zülfiyə Amanjolova Astanada jurnalistlərə deyib.

 

“Cənub hissədə Xəzər dənizinin dibinin bölünməsi üzrə danışıqlar davam etdirilir. Məndə olan məlumata görə, Azərbaycan və Türkmənistan, Azərbaycan və İran, eləcə də İran və Türkmənistan ikitərəfli danışıqlar aparırlar. Bu dövlətlərin öz aralarında nə vaxt razılığa gələcəklərini gözləyirik”, – o qeyd edib.

 

Xatırladaq ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran prezidentlərinin görüşü keçirilib və yekunda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.

 

Xəzər dənizi üzrə Konvensiyasının normalarının həyata keçirilməsi üzrə işçi qrupunun ilk iclası payızda Azərbaycanda keçiriləcək.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar