Fars miliyyətçiləri “Tomris” sinəma filmində Tomris rolunu oynadığına görə, sosial şəbəkələrdə Qazaxıstan sənətçisinə qarşı söyüş və təhqir kompaniyası başladıblar.
Gunaz.tv
Sosial şəbəkələrdə fars istifadəçilərinin Qazaxıstanın tanınmış sinəma sənətçisi “Elmira Tursayan”a qarşı söyüş kompaniyalarına aktirisa cavab verib.
O, özünün “instagram” hesabında etdiyi paylaşımda yazıb: ”İranlılardan çox sayda məktub alıram. Sizin filmə reaksiyanızı başa düşürəm. Lütfən diqqətli olun və filmlə real həyat arasında olan fərqi anlayın. Filmdə mən sadəcə rolumu oynamışam. Real və şəxsi həyatımda vətənə, vətən sevgisinə, tarixə və yurdsevərlik duyğularına hörmət edirəm”.
Qeyd edək ki, “Tomris” filmi 2019-cu ildə Qazaxıstanda çəkilib. Filmdə eradan əvvəl 520-570-ci illər arası massagetlərə rəhbərlik etmiş Tomrisin həyatından, massagetlərlə Əhmənilər arasında eradan əvvəl 529-cu ildə baş verən həlledici savaş və bu savaşda Əhməni kökmdarı Kirin Massaget hökmdarı Tomris tərəfindən öldürülməsindən, Əhməni imperiyasının hökmranlığına son qoymasından bəhs edilir.
C.E