SON XƏBƏRLƏR

Qazlı siyasət...

2021.10.20, 07:36
Qazlı siyasət...

Gunaz.tv
Qazlı siyasət... "Mavi yanacağ"ımız bizi "isidəcək", yoxsa "yandıracaq"? Azərbaycan qazının Avropaya trarzitinə dair dörtərəfli razılaşmaya aid danışıqlarda iştirak etmək üçün sənaye və energetika naziri Natiq Əliyev iyunun 25-də Yunanıstana gedəcək. O, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının enerji məsələlərinə həsr olunacaq konfransında da iştirak edəcək. Lakin ölkəmiz hələlik heç bir müqaviləni imzalamayacaq. N.Əliyevin sözlərinə görə, Azərbaycan yaxın zamanlarda qazla bağlı ümumiyyətlə, hər hansı razılaşmaya imza atmaq niyyətində deyil. Dörtərəfli razılaşmaya gəldikdə isə, burada bir çox cəhətlər, o cümlədən Türkiyə ilə tranzit məsələsi hələ dəqiqləşdirilməlidir. Qeyd edək ki, Afina təbii qazın ölkəmizdən nəqlinə dair 4 ölkə - Azərbaycan, Türkiyə, Yunanıstan və İtaliya arasında müvafiq razılaşma üçün layihə təqdim etmişdir. "Azərbaycan üçün hər hansı bir istiqamətdə boru kəməri tikmək indi mənasızdır. Bu və ya digər razılaşma çərçivəsində biz üzərimizə müəyyən vəzifələr götürə bilərik ki, bu isə hazırda aktual deyil"- N.Əliyev bildirib. Tamamilə məntiqli mövqedir. Enerji resurslarının alqı-satqısıyla bağlı bu gün uzunmüddətli müqavilə imzalamaq ( hətta qiymətlərə ehtiyac yarandıqca baxılacağı təqdirdə belə) düzgün deyil. Çünki dünyada bu sahədə vəziyyət olduqca dəyişkəndir. Sabah nə olacağı bəlli deyil. Bu cür şəraitdə böyük həcmdə qaz resurslarına sahib Azərbaycan kimi ölkənin yaxın 5-10 illik müddət üçün proqnoz verməsi və yaxud da müəyyən öhdəlik götürməsi sərfəli deyil. Yeri gəlmişkən, bu mövqe Gürcüstana münasibətdə də bəyan edilir. "Gürcüstanla da uzunmüddətli müqavilə imzalamaq niyyəti yoxdur" deyən nazirə hesab edir ki, uzunmüddətli razılaşma əksər hallarda pozulduğundan 1 illik müqavilə imzalamaq daha məsləhətdir. Bütün bunlara uyğun olaraq, Rusiyanın "Qazprom" şirkətinin Azərbaycann bütün qazını almaq barəsində verdiyi təkilifin də, hətta bu ölkənin prezidenti Dmitri Medvedyevin Bakıya gələn ay gözlənilən səfəri zamanı belə, keçərli olacağı real deyil. Ən azı o səbəbdən ki, söhbət, yenə uzunmüddətli müqavilədən gedir. Əvvəldə N Əliyevin "Azərbaycan üçün hər hansı bir istiqamətdə boru kəməri tikmək indi mənasızdır" fikrini xatırlatmışdıq. Qeyd edək ki, bu, cari baxımdan söylənilən fikirdir. Gələcəkdəsə buna ehtiyac olacaq. Ona görə ki, bu gün mavi yanacaq sarıdan Avropa bazarına çıxmaq uğrunda bir neçə olkə arasında kəskin mübarizə getdiyindən, ən azı tranzit məqsədilə Azərbaycanın üzərindən Bakı-Tbilisi-Ərzurum kəmərinə paralel olaraq, daha bir kəmərin tikintisinə ehtiyac olduğu əyani görünür. Bunu bəzi ölkələrin Rusiyayla mübarizədə iqtisadi deyil, siyasi maraqları da tələb edir. Xüsusən də, Qazaxıstan ilə Türkmənistanın təbii qazlarını ölkəmizin ərazisindən ixrac etmək istəyi bu məsələni daha çox qətiləşdirir. Yeri gəlmişkən, Türkmənistan üçün bunun həlli daha asandır. "Qərbi Azəri"yə qədər kəmər artıq mövcuddur. Bu, Türkmənistandan təqribən, 150 kilometr məsafədə yerləşir ki, Xəzərin eni cəmi 250 kilometr təşkil etdiyindən 90-100 kilometr uzunluqda kəmər tikilsə, Türkmənistanın ölkəmizin qaz nəqli sisteminə qoşulması tamamilə həll ediləcək. Ölkəmizin məhz özündə mövcud olan qaz ehtiyatı da əlavə qaz kəmərinə ehityac olduğunu göstərir. Azərbaycanın "Ymid", "Babək", "Naxçıvan", "Abşeron" və "Zəfər-Məşəl" adlı 5 strukturundakı yataqları da açılsa, bu günə mövcud olan 1,6 trilyon kubmetrlik ehtiyata 1,4 trilyon da əlavə olunacaq ki, nəticədə Baki-Tbilisi-Ərzurum kəməri tam həcmdə dolmaqla yenisinə sözsüz, zərurət yaranacaq. "Şahdəniz" yatağında ehtiyatınsa 1-ci faza işləndikdən sonra daha çox olduğu üzə çıxmışdır. Ymumiyyətlə, bu il Azərbaycanda 1,1 milyard kubmetr qaz hasil olunacağı gözlənilir ki, 2015-ci ildə bu rəqəm il ərzində 23 milyarda çatacaq. Bu zaman ölkənin daxili tələbatısa təqribən, 12-13 milyard kubmetr təşkil edəcək. Xüsusən də "Şahdəniz" yatağındakı ehtiyata daha çox ümid edilir ki, yatağın işlənməsi layihəsinin 2-ci fazası çərçivəsində illik qaz hasilatı həcmi 10-20 milyard kubmetr təşkil etməlidir. Bütün bunlar, ölkəmizin ixrac imkanını göz önündə edir. Bütün bunları ona görə qeyd edirik ki, bəzən elə təəssürat yaranır ki, Azərbaycanda son vaxtlar gedən qaz söhbətləri bir az "şişirdilmiş" səviyyədə aparılır, yəni mövcud karbohidrogen ehtiyatlarının həcminə əsaslanmır. Və deyilir ki, gələcəkdə "qaz yerinə hava əldə olunarsa" o, əsla alovlanmayacaq. Çünki ölkəmizin bölgələrində qaz problemi yenicə həll olunmuşdur. Bu gün hökumətin elə strategiya hazırlaması tələb olunur ki, qazımızın alovu özümüzü "yandırmasın". Bu, məhz iki cəhətdən baş verə bilər: birincisi, qabaqcadan hər hansı öhdəliyi götürməkdən, ikincisi isə, ixrac nəticəsində yaranacaq küllü məbləğdə valyuta axını sarıdan. Hökumətin mövqeyi birinci barədə narahat olmağa əsas vermir. Lakin ikinciyə gəldikdəsə sual olunur ki, yaxın gələcəkdə qaz ixracından əldə olunacaq küllü məbləğdə valyutanın yaradacağı təhlükədən ölkəmiz sığortalana biləcəkmi? Yoxsa əsil "holland sindromu" hələ qarşıdadır? Çünki sonuncu birincidən daha təhlükəlidir. O səbəbdən ki, dünyada qaza olan tələbat durmadan artmaqdadır. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, "Nabucco" ilə "Cənub axını" kəmərləri 2010-cu ildə Avropanın artan tələbatının yalnız üç, 2030-cu ildəsə beş hissəsini ödəyəcək ki, əgər, "Nabucco"nun tikintisi 2010-cu illərdən sonraya qalsa, qaz ümumiyyətlə, Avropaya deyil, Hindistan ilə Çinə gedəcək. Odur ki, qazın qiyməti kəllə-çarxa çıxacaq. Hazırda isə "Şahdəniz" layihəsinin 1-ci fazası çərçivəsində hasil edilən təbii qaz Türkiyəyə 1000 kubmetri 120 dollara satılsa da, ölkəmiz bunu 300 dollardan yuxarı səviyyəyə qaldırmaq istəyir. Bu baxımdan, 10 milyard dollar valyuta ehtiyatı olan, bir tərəfdə infrastruktun sürətlə inkişaf etdiyi, digər tərəfdəsə yüksək tempdə inflyasiyanın müşahidə edildiyi ölkədə qaz gəlirlərinin hansı mənfi fəsadlar törədəcəyi hələ sual altındadır. Beləliklə, qazımızın əhalinin kasıb təbəqəsini "isidə" də bilər, "yandıra" da... P.Heydərov express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar