SON XƏBƏRLƏR

Qərb Qarabağı təhlükəsizliyə qurban verməyimizi istəyir

2021.10.20, 07:36
Qərb Qarabağı təhlükəsizliyə qurban verməyimizi istəyir

Gunaz.tv
Qərb Qarabağı təhlükəsizliyə qurban verməyimizi istəyir lachin.jpg "ABŞ enerji sahəsindəki layihələrin həyata keçirilməsi yönündə hər hansı problem istəmir, çalışmalıyıq ki, bu sabitlik Azərbaycanın dövlət maraqlarının güzəştə gedilməsi hesabına olmasın" ABŞ dövlət katibinin müavininin köməkçisi Metyu Brayza Vaşinqtonun qarşısında ABŞ-ın qarşısında çox konkret vəzifənin-münaqişələrin ABŞ-ın milli maraqlarına uyğun həllinə nail olmağın dayandığını söyləyib. Metyu Brayza Bakı-Tiflis-Ceyhan kəmərinin normal fəaliyyəti üçün bölgədə sabitlik istədiklərini, ancaq təhlükəsizlik məsələsinin ABŞ üçün ilk sırada dayandığını bildirib. Enerji təhlükəsizliyi - boru kəmərləri və bununla bağlı digər məsələlər ikinci sıradadır. Metyu Brayza ABŞ-ın bölgədəki maraqlarında üçüncü yerdə demokratiyanın inkişafının dayandığını vurğulayıb. Rəvan Məmmədli Dağlıq Qarabağdan danışarkən "respublika özü Azərbaycanın tərkibində qalmağı, yaxud müstəqillik əldə etməyi özü müəyyənləşdirməlidir", "qarabağlılar referendumda öz talelərini həll etməlidirlər" deyən dövlət katibinin müavini Abxaziya və Cənubi Osetiya münaqişələrinə gəlincə, onların mütləq Gürcüstanın ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyini vurğulayıb: "Bizim "dondurulmuş münaqişələr"ə baxışımız tam aydındır. Münaqişələr Gürcüstanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Müstəqilliyini elan etməsinə baxmayaraq, Abxaziya Gürcüstanın tərkib hissəsi olaraq qalır". Nədən Vaşinqton enerji və təhlükəsizlik məsələlərinə daha çox önəm verir? Bəs strateji tərəfdaşımız olan ABŞ-ın rəsmisi niyə münaqişələrdən danışanda Azərbaycanla Gürcüstana belə fərq qoyur? Metyu Brayzanın açıqlamasıyla bağlı fikirlərini öyrəndiyimiz "İnkişafa Baxış" Araşdırmalar Mərkəzinin rəhbəri Niyaz Qaraöynəli deyir ki, Vaşinqtonun bölgədəki maraqlarının bu şəkildə ifadə olunması birinci dəfə deyil. ABŞ rəsmiləri dəfələrlə anoloji mövqe açıqlayıblar. Onun sözlərinə görə, Helsinki Komissiyyasındakı son dinləmələr zamanı da Dövlət Departamentinin təmsilçisi Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını söyləyib. O, təhlükəsizlik, enerji təhlükəsizliyi və demokratiya sahəsində əməkdaşlıq bölgüsü aparıb. Dünyada enerji daşıyıcılarının önəminin artması ABŞ-ı enerji məsələlərində və bununla bağlı təhlükəsizlik məsəllərində daha diqqətli olmağa sövq edir. Ekspert bildirdi ki, demokratlar adətən tərəfdaş olduqları ölkələrdən özlərinin paylaşdıqları dəyərlərin, o cümlədən demokratik dəyərlərin tətbiqini istəyilər. Ancaq istər Corc Buş, istərsə də öncəki dönəmlərdə respublikaçılar adətən enerji və təzhlükəsizlik məsələlərinə daha çox önəm veriblər. Başqa tərəfdən, bu açıqlamalar həm də Metyu Brayzanın diplomat kimi xarakterindən irəli gəlir. Dövlət katibinin müavinin köməkçisi dəfələrlə söylədiklərinin başqa şəkildə izahını verməyə çalışıb. Yəni Ermənistanda bir söz söyləyir, Bakıda onu başqa cür şərh etməyə çalışır: "ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyilə aparılan danışıqların təfərrüatı barədə məlumatımız yoxdur. Novruz Məmmədov bildirib ki, 15-20 ildən sonra Dağlıq Qarabağın Azərbaycanın tərkibində statusunun müəyyənləşdirilməsiylə bağlı referendum keçirilə bilər. Bilmək olmadı ki, bu, onun subyektiv fikri, yoxsa rəsmi mövqedir. Amma hər halda ABŞ-la Azərbaycan arasında enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq bir çox məsələləri ikinci plana salıb. ABŞ Cənubi Qafqazda sabitliyin nəyin bahasına olursa- olsun, bərqərar olmasının tərəfdarıdırlar. Yəni ABŞ enerji sahəsindəki layihələrin həyata keçirilməsi yönündə hər hansı problem istəmir. Biz çalışmalıyıq ki, bu sabitlik Azərbaycanın dövlət maraqlarının güzəştə gedilməsi hesabına olmasın". Niyaz Qaraöynəliyə görə, diplomatiyamız müəyyən uğurlara imza atıb. Amma ABŞ-ın, Avropa Birliyi Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu açıq şəkildə bildirmir. Ərazi bütövlüyümüzün tanınması barədə bəyanat versələr də, ərazi bütövlüyünün hansı sərhədlər çərçivəsində tanındığı açıqlanmır. Bu isə maraqlarımıza uyğun deyil. Çünki Ermənistan bəyanlayır ki, Dağlıq Qarabağ heç vaxt müstəqil Azərbaycanın tərkib hissəsi olmayıb. Ermənilərin arqumentləriylə Qərbin bəyanatları çox vaxt bir-birini təkzib etmir: "ABŞ, Avropa Birliyi ərazi bütövlüyümüzü Dağlıq Qarabağ da sərhədlərimiz daxilində olmaqla tanıdıqlarını açıqlamırlar. Əslində hər şey aydındır. Amma Gürcüstanla, Moldova ilə münasibətlərdə bu, açıq şəkildə bildirilir. Deyilir ki, Cənubi Osetiya, Abxaziya Gürcüstanın, Dnestryanı Moldovanın tərkib hissəsidir. Ərazi bütövlüyümüzdə əsas şərtlərdən Dağlıq Qarabağın tərkib hissəmiz olduğunun açıq şəkildə ifadə edilməsidir. Metyu Brayzanın Dağlıq Qarabağı "respublika" adlandırmasını onların şüuraltı həqiqətləri kimi də qəbul etmək olar. Onlar Dağlıq Qarabağdakı moriyenetka rejimi beynəlxalq hüququn subyekti, bizim tərəfdaşımız kimi görmək və danışıqlar aparmağımızı istəyirlər. Ancaq biz həmin oyuncaq rejimlə hansı danışıqlara gedə bilərik? Torpaqlarımız işğal altındadır və oradakı rejimi kənardan kimlərin yaratdığı bizim və dünyanın gözü qarşısında baş verib. Biz buna yol verməməliyik". "İnkişafa Baxış" Araşdırmalar Mərkəzinin rəhbəri vurğuladı ki, ABŞ və Avropa Birliyi tərəfindən Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanındığının dilə gətirilməməsi tək diplomatiyamızın zəifliyi ilə əlaqədar deyil. Diplomatiya mövcud imkanlardan maksimum istifadə edə bilər, amma bu, Qərbin nəzərdə tutduqlarına uyğun gəlmirsə, həmin səyləri ya "blokirovka" edəcək, ya da bunun qarşısını almaq üçün başqa yollara əl atacaq: "Söhbət regionda oynanan planlardan gedir ki, Azərbaycan da o planların qurbanı ola bilər. Ona görə də daha qətiyyətli olmalıyıq. Məsələn, mən Novruz Məmmədovun 15-20 ildən sonra Dağlıq Qarabağın Azərbaycanın tərkibində statusunun müəyyənləşdirilməsiylə bağlı referendum keçirilə biləcəyilə bağlı söylədiklərini heç cür qətiyyətli mövqenin təzahürü saya bilmirəm". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar