Bunu Qərbi Azərbaycan əyalətinin qubernatorunun siyasət, təhlükəsizlik və ictimai işlər üzrə müavini bildirib.
Gunaz.tv
Əli Müstəfəvi bunun “narkomaniya, işsizlik və mədəni yoxsulluğu”un çoxalmasında əhəmiyyətli rol oynadığını və əlaqədar idarələrin bu problemin aradan qaldırılması üçün ciddi qanuni addımlar atmalı olduqlarını deyib.
O, kəndlərdən şəhərlərə köçün gecəqondu və şəhər ətrafı qeyri-standard yaşayış məntəqələrinin çoxalmasına təsir göstərdiyini, bu problemin həlli üçün prosesi tərsinə çevirməyin, şəhərlərdən kəndlərə köçün təşkili üçün planlar hazırlamağın vacibliyini söyləyib.
Bundan öncə Qərbi Azərbaycan əyalətinin Yol və Şəhərsalma Baş İdarəsinin məsulu “Tohid Əxlaqi” əyalətin 4 milyon əhalisindən bir milyonunun gecəqondu və qeyri-standard məntəqələrdə yaşadığını açıqlamışdı.
Qubernatorun müavini Əli Müstəfəvinin açıqlaması Qərbi Azərbaycandan olan sosial şəbəkə istifadəçilərinin etirazına səbəb olub.
Onlar, Müstəfəvinin dediyinin tərsinə, yoxsulluq və işsizliyin gecəqonduların ortaya çıxmasına və kəndlərdən şəhərlərə köçün çoxalmasına səbəb olduğunu yazıblar.
Qeyd edək ki, İranda müxtəlif əlaqədar qurumların bildirdiyinə görə, ölkə səviyyəsində əhalinin təxminən 20-25 faizi qeyri-standard yaşayış məntəqələrində və yaşayışa uyğun olmayan evlərdə yaşayırlar.
C.E