SON XƏBƏRLƏR

Qərbi Azərbaycan Əyalətində bir çox istehsal müəssisəsi qeyri-fəal vəziyyətdədir

2021.10.20, 07:36
Qərbi Azərbaycan Əyalətində bir çox istehsal müəssisəsi qeyri-fəal vəziyyətdədir

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycan valisinin iqtisadi işlərin koordinasiya edilməsi üzrə müavini təmsil etdiyi əyalətdə istehsal müəssisələrinin 32 faizinin qeyri-fəal vəziyyətdə olduğunu bildirib.

 

Bu barədə Behnam Şəhdi Qərbi Azərbaycan Yatırım Xidmətləri Mərkəzinin keçirdiyi iclasda çıxış edib.

 

Vali müavinin sədrliyi ilə keçirilən tədbirdə əyalətdə fəaliyyət göstərən üç istehsal müəssisəsinin problemləri müzakirə olunub. Behnam Şəhdi sözügedən müəssisələrin problemlərinin aradan qaldırılması ilə bağlı göstəriş verib.

 

“Qərbi Azərbaycanda istehsal müəssisələrinin 68 faizi fəal, 32 faizi isə qeyri-fəal vəziyyətdədir. Fəaliyyətini dayandırmış və ya yarı fəal vəziyyətdə işləyən müəssisələrin yenidən fəaliyyətə başlaması valilik üçün prioritet məsələdir.”- deyə o bildirib.

 

Behnam Şəhdi cari ildə fəaliyyətini dayandırmış 70 istehsal müəssisəsinin yenidən fəaliyyətə başlayacağının gözlənildiyini də diqqətə çatdırıb.

 

Qeyd edək ki, nüvə fəaliyyəti nəticəsində Amerika Birləşmiş Ştatlarının iqtisadi sanksiyaları ilə üzləşən İranda son illərdə görünməyən iqtisadi gərginlik hökm sürür. Ekonomi tənəzzül Azərbaycan əyalətlərində daha çox hiss olunur. Bunun nəticəsində Azərbaycan əyalətlərində istehsal və sənaye müəssisələrinin əksəriyyəti fəaliyyətini dayandırmalı olub, bu vəziyyət bölgədə işsizlik səviyyəsini daha da artırıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar