Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində 271 ədəd odlu silah və döyüş vasitəsi ələ keçirilib.
Gunaz.tv
Bu barədə məlumat yayan İran rejiminin təhlükəsizlik qüvvələri silahların adını açıqlamadıqları qruplaşmaların üzvləri tərəfindən sərhədyanı bölgələrdən ölkəyə keçirilərkən ələ keçirildiyini bildiriblər.
Məlumata görə, həmin qruplaşma üzvləri silah və partlayıcı maddələri yerli əhali arasında iğtişaşlar yaratmaq üçün ölkəyə gətirirmişlər.
İranın təhlükəsizlik məsulları qrupun adını açıqlamasalar da, silahların kürd terror təşkilatı üzvlərindən aşkar edilərək götürüldüyü təxmin edilir.
Qərbi Azərbaycan əyalətində fəaliyyət göstərən kürd terror təşkilatları üzvləri tez- tez sivil insanlara qarşı terror hücumları həyata keçirirlər. Bu səbəbdən, görünür, silahları da bu məqsədlə bölgəyə gətirirmişlər.
Ə.A