Qərbi Azərbaycanda yeni həbslər: Saxlanılanlar dövlət əmlakını talamaqda ittiham edilir

2021-03-17 12:00

Qərbi Azərbaycan Baş Müfəttişliyinin rəhbəri, Qərbi Azərbaycan Tibb Elmləri Universitetinin bir neçə məsul şəxsinin saxlanıldığını bildirib.

Gunaz.tv Quote | Gunaz article

Onlara qarşı  "dövlət əmlakını mənimsəmə" ittihamı irəli sürülüb. “Qərbi Azərbaycan əyalətinin Tibb Elmləri Universitetinin fəaliyyətinin yoxlanılması zamanı bir sıra qanun pozuntuları və mənimsəmə faktlarının aşkarlandığı üçün bir neçə nəfər həbs olunub”-Səccad Dədəcani “TASNİM” informasiya agentliyinə verdiyi açıqlamada belə deyib.

"Bu maliyyə pozuntuları koronavirus xəstəliyi ilə bağlı preparatların alışı sahəsində aşkar edilib. Təqsirləndirilən şəxslər dövlət maliyyə əməliyyatlarında əlbir olmaq, dövlət əmlakı və vəsaitini mənimsəmə ittihamları ilə məhkəmə orqanlarına təqdim təhvil verilib"-deyə, o bildirib.


S.Dədəcani mənimsənilən əmlakın dəyərinin 10 milyard tümənə yaxın olduğunu deyib.


Bundan öncə, Urmu şəhərinin birinci. ikinci və dördüncü bölgələrinin bələdiyyə başçıları həbs edilib. Bununla yanaşı  Təbriz, Urmu, Qaydar, Binab, Tikantəpə, Marağa, Soyuqbulaq, Tufarqan (Azərşəhr), Zəncan və b... şəhərlərin bələdiyyə məsulları və şəhər şurasının üzvləri həbs olunublar.

  
Qeyd edək ki, rüşvətxorluq İran hökumətinin bütün orqanlarında geniş yayılıb. Bir müddət əvvəl Tehran Şəhər Şurasının sədri Möhsün Haşimi ölkənin bütün bələdiyyələrində rüşvətxorluğun geniş yayıldığını etiraf edib.


Beynəlxalq Şəffaflıq Təşkilatının son hesabatına əsasən, İran rüşvətxorluğun ən çox yayıldığı ölkələr içərisindədir və bu sahədə 180 ölkə içərisində 130-cu yerdə qərarlaşıb.


C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16

gun az article

“Dünyanın fosil cənnəti” layihəsinin tamamlanma işləri yarımçıq qalıb

2021-09-16

gun az article

Qəzvinli idmançı Belçikada keçiriləcək dünya çempionatına qatılacaq

2021-09-16

gun az article

Milli fəal barəsində məhkəmə qərarı çıxarılıb

2021-09-16

gun az article

"Milyonlarla insanın həyatı təhlükədədir"- Azərbaycanlı millət vəkili İran prezidentinə müraciət etdi

2021-09-16

gun az article

Ərdəbildə siyasi məhbus Ruzbeh Piriyə dəstək aksiyası keçirilib

2021-09-16