GünAz TV: Qərbi Azərbaycan əyalətinin Sərdəşt şəhərinin Gərvis kəndi ətrafında mina partlayışı olub.
Şəhərin İcra Hakimiyyətinin yaydığı bəyanata görə, mina ötən gün günorta saat 12:00 partlayıb. Həmin ərazidə sürüləri otaran çobanlar olub.
İran-İraq müharibəsi dövründən qalan həmin minanın partlaması nəticəsində ölən və yaralanın olmadığı deyilir. Lakin mal-qara arasında 1 baş keçi tələf olub, 2 baş qoyun yaralanıb.
Sözügedən ərazidə bir neçə ay öncə mina təmizləmə işləri aparıldığı ilə bağlı məlumatlar yayılmışdı. İran rejimi məsullarının öz işlərinə məsuliyyətsiz yanaşması nəticəsində bu cür hadisələr ara-sıra yaşanır.
Ə.A