SON XƏBƏRLƏR

Qərbi Azərbaycan: Kürd terror qruplaşmalarının əlaltıları Afrin əməliyyatı bəhanəsi ilə Urmiyəni qarşıdırmaq istəyir

2021.10.20, 07:36
Qərbi Azərbaycan: Kürd terror qruplaşmalarının əlaltıları Afrin əməliyyatı bəhanəsi ilə Urmiyəni qarşıdırmaq istəyir

Gunaz.tv

GünAz TV: Məlum olduğu kimi, Türkiyə Azad Suriya Ordusunun iştirakı ilə Suriyanın Afrin şəhərində YPG/PKK  terrorçularına qarşı “Zeytun budağı” adlı əməliyyat keçirir.

 

Bunu bəhanə edən kürd terror qruplaşmalarının əlaltıları Güney Azərbaycanın Urmiyə şəhərində fitnə yaratmağa çalışırlar.

 

Özlərini “Urmiyənin ictimai-mədəni fəalları” adlandıran radikal qrupun nümayəndələri, Qərbi Azərbaycan Valiliyinin siyasi və təhlükəsizlik bölümünə müraciət edərək Azərbaycan şəhərində Türkiyə əleyhinə etiraz aksiyası keçirmək üçün icazə tələb ediblər.

 

Terror qruplaşmaları tərəfindən dəstəklənən radikal qrup Türkiyə Konsulluğunun binası qarşısında aksiya keçirməyi planlaşdırıb.

 

Bazar günü isə Bukanın (Bəykəndi) kürd millət vəkili Məhəmməd Qəsim Osmani parlamentdə Afrin əməliyyatı haqda danışarkən YPG/PKK  terrorçularının tərəfini tutub, Türkiyənin ünvanına ağır ittihamlar səsləndirmişdir.

 

Bu fürsətçilər Afrin əməliyyatını bəhanə edərək yenə də Urmiyəni kürd şəhəri kimi göstərməyə çalışırlar. Bölgəyə ərazi iddiası olan radikal qruplar, vaxtaşırı öz çirkli niyyətlərini gərçəkləşdirmək üçün terror aktları kimi bir çox cinayətlərə əl atırlar. Hər fürsətdə Urmiyədə aksiya keçirməyə çalışan radikal qüvvələr, bununla bölgənin onlara aid olduğu mesajını vermək istəyirlər.

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar