SON XƏBƏRLƏR

Qərbi Azərbaycan: Məhəmmədyarda Bələdiyyə İdarəsinin fəhlələri əmək haqlarını ala bilmir

2021.10.20, 07:36
Qərbi Azərbaycan: Məhəmmədyarda Bələdiyyə İdarəsinin fəhlələri əmək haqlarını ala bilmir

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycan Əyalətinin Sulduz məntəqəsində yerləşən Məhəmmədyar şəhərinin Bələdiyyə İdarəsi çalışdırdığı fəhlələrin əmək daqqını ödəyə bilmir.

 

Bununla bağlı etiraz yığıncağı keçirən fəhlələr 3 aydır idarədən əmək haqlarını ala bilmədiklərini bildiriblər. Onlar bu müddətdə siğorta haqlarının ödənilmədiyini, bunun nəticəsində səhiyyə xidməti kitabçalarını dəyişdirməkdə problemlə üzləşdiklərini bəyan ediblər.

 

“10 min nəfərdən aşağı əhalisi olan şəhərlərdə Bələdiyyə İdarələrinin davamlı gəliri olmadığı üçün maliyyə sıxıntısı yaşanır. Ölkədə isə gərgin iqtisadi vəziyyət hökm sürür və bazarda qiymətlər getdikcə bahalaşır. Ona görə də biz ailələrimizin keçimini təmin etməkdə əziyyət çəkirik. Təəssüflər olsun ki, Şəhər Şurası və Bələdiyyə İdarəsinin bizim əmək haqlarımızı ödəmək kimi bir planları yoxdur.”- deyə etirazçılar vurğulayıb.

 

Qeyd edək ki, sözügedən fəhlələrin Bələdiyyə İdarəsində müvəqqəti müqavilə əsasında çalışdıqları bildirilir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar