SON XƏBƏRLƏR

Qərbi Azərbaycan valisinin müavinindən “Pejak”a bağlı dilənçi banda üzvlərinin saxlanılması haqda qəribə iddia

2021.10.20, 07:36
Qərbi Azərbaycan valisinin müavinindən “Pejak”a bağlı dilənçi banda üzvlərinin saxlanılması haqda qəribə iddia

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycan valisinin təhlükəsizlik və siyasi məsələlər üzrə müavini Əlirza Radfər kürd terror qruplaşması “Pejak”a bağlı dilənçi banda üzvlərinin saxlanılması haqda qəribə iddia ilə çıxış edib.

 

O bildirib ki, virtual aləmdə yayılan məlumatlar vasitəsi ilə Urmiyədə “Pejak”a bağlı olan dilənçi banda üzvlərinin saxlanılmasını öyrəndim.

 

Vali müavini xəbəri təkzib etmədən bildirib ki, bu haqda əyalət rəhbərliyinə heç bir məlumat verilməyib, mən də başqaları kimi bu xəbəri internetdən oxudum və bundan sonra hadisənin araşdırılması haqda göstəriş verdim.

 

Ötən günlərdə İranın təhlükəsizlik qüvvələri tərəfindən internetdə “Qərbi Azərbaycanda “Pejak” terrorçularına bağlı olan peşəkar dilənçi bandasının üzvləri aşkarlanaraq saxlanılıb” başlığı ilə xəbər yayılmışdır. Bu xəbər güney azərbaycanlıların xüsusi diqqətini çəkmişdir.

 

Qərbi Azərbaycanın bir sıra Teleqram kanalları və bəzi kütləvi informasiya vasitələrində “Pejak” terror qruplaşması tərəfindən Qərbi Azərbaycan şəhərlərinə təlim keçmiş dilənçi bandasının göndərildiyi haqda məlumat yayılıb. Bandanın qadın, kişi, uşaq və qocalardan ibarət olan yüzlərlə üzvü olduğu bildirilir, onlar topladıqları pulları “Pejak” qruplaşmasına göndərir.

 

Güney Azərbaycanın qərb bölgəsinə göz tikən PKK və “Pejak” terror qruplaşmaları bölgədə insan alveri, silah və narkotik qaçaqmalçılığı, insan girov götürmək və s. kimi işlərlər məşğul olaraq böyük məbləğdə pul əldə edir. Onlar çirkin hədəflərinə çatmaq üçün bu pulları əsasən terrorçuluğa və radikal kürd ailələrini Azərbaycanın şəhər və kəndlərində məskunlaşdırmağa sərf edir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar