SON XƏBƏRLƏR

Qərbi Azərbaycana sırınmış valinin təzyiqi ilə “Urmiyə 90” komandası Bukana ötürülüb

2021.10.20, 07:36
Qərbi Azərbaycana sırınmış valinin təzyiqi ilə “Urmiyə 90” komandası Bukana ötürülüb

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycan Əyalətinə sırınmış məsullar, o cümlədən yerli olmayan kürd kökənli vali Məhəmməd Mehdi Şəhriyari və Qərbi Azərbaycan Gənclər və İdman İdarəsinin rəisi Abdulla Çəməngülünün təzyiqi ilə Urmiyənin “Urmiyə 90” futbol komandası Bukan şəhərinə buraxılıb.

 

Bu barədə mayın 16-da “Urmiyə 90” klubunun icraçı direktoru Yəhya Bahaduri “İrna” xəbər agentliyinə danışıb.

 

““Urmiyə 90” klubunun Bukan şəhərinə ötürülməsi ilə bağlı klubla bu şəhərin Futbol Heyəti arasında müqavilə imzalanıb. Artıq bu il Qərbi Azərbaycanı birinci dəstə oyunlarında “Sərdar Bukan” komandası təmsil edəcək.”- deyə o bildirib.

 

Bu barədə qərar açıqlandığı andan ona qarşı etirazlar başlayıb.

 

Yəyha Bahaduri yerli saytlardan birinə verdiyi açıqlamada bildirib ki, “Urmiyə 90” klubu məşhur iş adamı cənab Zenuzi tərəfindən hədiyyə olununmuşdur. Bu komanda 4 il zəhmətdən sonra birinci dəstə yarışlarına yol tapıb.

 

O Urmiyə əhalisinin verdiyi dəstək nəticəsində birinci dəstə yarışlarına seçilən klubun hansı səbəbdən kürdlərə aid olan bir kluba ötürüldüyü barədə heç bir açıqlama verməyib.

 

Qərbi Azərbaycana sırınmış vali ötən il “Sərdar Bukan” klubuna 50 milyon tümən hədiyyə etmişdir. Lakin o Qərbi Azərbaycanın mərkəzi şəhərinin “Urmiyə 90” klubuna heç bir şəkildə dəstək verməyib.

 

Qeyd edək ki, Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyari radikal kürdlərdən biridir, o Şimali Xorasanın Bocnurd şəhərindəndir. Qərbi Azərbaycan Gənclər və İdman İdarəsinin rəisi Abdulla Çəməngülü isə Səqqiz kürdlərindəndir. Bu şəxslər hər zaman Azərbaycana qarşı sərgilədikləri radikal mövqeləri ilə seçiliblər, onlar sözdə islahatçı adlanan düşərgə tərəfindən Qərbi Azərbaycan Əyalətində vəzifəyə gətirilib.

Məhəmməd Meşhi Şəhriyari ötən günlərdə Urmiyənin İran parlamentindəki millət vəkili Hadi Bahaduri ilə mübahisə edərkən özünü Qərbi Azərbaycanın hakimi adlandırmışdır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar