Qərbi Azərbaycanda 5 min dərs otağının yenidənqurmaya ehtiyacı var

2020-08-27 12:41

Qərbi Azərbaycan valisinin müavini 4 min 550 dərs otağında təmir və yenidənqurma işlərinin zəruri olduğunu bildirib.

Gunaz.tv Quote | Gunaz article

Valinin abadlaşdırma işləri üzrə müavini Aydın Rəhmani bildirib ki, əyalətdə fəaliyyət göstərən 5 min 500 məktəbin 24 min dərs otağı var.

 

“Ölkədə hər şagirdin təhsil alması üçün məktəb və həyətindən ibarət müəyyən ərazi nəzərdə tutulur. Bu rəqəm ölkədə orta hesabla 5.18, Qərbi Azərbaycanda isə 4.5 kvadratmetrdən ibarətdir” deyə o bildirib.

 

Rəhmani əlavə edib ki, təmirə ehtiyacı olan 4 min 550 dərs otağından əlavə ölkənin orta hesabına çatmaq üçün əyalətdə 5 min yeni dərs otağının tikilməsinə ehtiyac var.

 

Vali müavini artırıb ki, hazırda əyalətin müxtəlif bölgələrində 2 min 405 dərs otağı inşa edilməkdədir.

 

İranın digər rəsmiləri kimi Rəhmani də hökumətin məktəblərin tikilməsi və bərpasındakı  öhdəliklərinə toxunmadan problemlərin həlli üçün xeyriyyəçilərin işə cəlb olunmasının zəruri olduğunu vurğulayıb.

 

Qeyd edək ki, Güney Azərbaycanın digər əyalətlərində də təhsil ocaqları binaları yetərsiz, köhnə və bərbad vəziyyətdədir. Yerli məsullar dəfələrlə açıqlama verərək təhsil sahəsində dövlət tərəfindən hər hansı büdcə vəsaitini gözləmədiklərini diqqətə çatdırıblar.

 

Şərqi Azərbaycan Məktəblərin Təchizatının Təmin Edilməsi və Yenidənqurma İşləri İdarəsinin rəis müavini  Məhəmməd Nəcəfinin sözlərinə görə, dövlətin təhsil ocaqlarının tikintisi üçün ayırdığı vəsaitin yetərsizdir.

 

Şərqi Azərbaycan əyalətinin təhsil rəsmilərinin dediyinə əsasən, bu əyalətdə 24 min dərs otağından yalnız 10 mini normal vəziyyətdədir. 7 minində təmir-bərpa işlərinə ehtiyac var, 7 mini isə sökülərək yenidən tikilməlidir.

 

Son illərdə Azərbaycan əyalətlərində təhsil ocaqlarının əsas problemləri demək olar ki, bölgədə xeyriyyəçilik ənənəsinə yaşadan soydaşlarımız tərəfindən çözülür.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Oct.21.2020: Qarabağ davası Dünya mediasında, İrançılar nədən ermənilərə dəstək verirlər

2020-10-22

gun az article

GünazTV Oct.21.2020 : “Azərbaycanın şanlı ordusu 27 il sonra Zəngilanı işğaldan azad etdi!”

2020-10-21

gun az article

Milli fəal Vəhid Bəyzadə həbs edilib

2020-10-21

gun az article

13 milli fəal Təbrizin İnqilab məhkəməsinə çağırılıb

2020-10-21

gun az article

Təbriz etirazında tutulan milli fəal Həmid Məhəmmədtağızadə zindana köçürülüb

2020-10-21

gun az article

Milli fəal Zeynal Tənhayi müvəqqəti azadlığa buraxılıb

2020-10-21

gun az article

Ciral parkında tutulan fəallar Ərdəbilin Mərkəzi həbsxanasının müvəqqəti saxlama təcridxanasına köçürülüblər

2020-10-21

gun az article

Məsullar Təbrizdə son etirazlarda tutulmuş xanımlarla bağlı məlumat vermirlər

2020-10-21

gun az article

Ceyhun Bayramov Moskvaya gedib

2020-10-21

gun az article

Doktor Maşallah Rəzmi Qarabağla bağlı Kanadanın "Pəyam Radiosu"na müsahibə verib

2020-10-21

gun az article

Milli fəallar Vudud Əsədi və Məhəmməd Eyni həbs edilib

2020-10-21

gun az article

GünazTV Oct.20.2020-Özümüz: Əhməd Şah Dönəmi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İran və Ermənistanın düşmənçiliyi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 : “Azərbaycan və Ermınistanın Xarici İşlər Nazirləri Vaşinqtonda görüşəcək”

2020-10-20

gun az article

Milli fəal Rza Zarei həbs edilib

2020-10-20

gun az article

Daha iki güney azərbaycanlı milli fəal müvəqqəti azadlığa buraxılıb

2020-10-20

gun az article

Milli fəallar Aydın Zakiri və Rza Seyyid Nuri müvəqqəti sərbəst buraxılıb

2020-10-20

gun az article

Son etirazlarda azı 10 güney azərbaycanlı xanım həbs edilib

2020-10-20

gun az article

GünazTV Oct.19.2020: PARLAQ GƏLƏCƏK: Güney Azərbaycan oyaqdı, Ordumuza Dayaqdı (1/3)

2020-10-20

gun az article

GünazTV Oct.19.2020 : “Azərbaycan ordusu üç rəngli bayrağımızı Xudafərin körpüsünə sancdı”

2020-10-19