SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda 6 nəfər spirtdən ölüb

2021.10.20, 07:36
Qərbi Azərbaycanda 6 nəfər spirtdən ölüb

Gunaz.tv

GünAz TV: Koronavirus infeksiyası yayıldığı günlərdə Qərbi Azərbaycan Əyalətində 6 nəfər spirtdən zəhərlənərək həyatını itirib.

 

Bu barədə Qərbi Azərbaycan Tibb Universitetinin təcili hadisələr mərkəzinin rəisi Baqir Bəhrami “İsna” xəbər agentliyinə məlumat verib.

“Əyalətdə martın 10-dan bu günədək 30 nəfər spirt içdiyinə görə zəhərlənib. Təəssüflər olsun ki, onlardan 6-ı həyatını itirib. Ölənlərin 3-ü qadın, 3-ü isə kişidir.”- deyə o bildirib.

 

Spirt içməyin koronavirusa yoluxmanın qarşısını almaqda heç bir rolu olmadığını deyən Baqir Bəhrami əyalət üzrə ən çox Urmiya şəhərində zəhərlənmə faktının qeydə alındığını bildirib. Onun sözlərinə görə, Qərbi Azərbaycanın mərkəzi şəhərində 13 nəfər spirtdən zəhərlənərək xəstəxanalıq olub.

 

Qeyd edək ki, ötən həftələrdə İran və Güney Azərbaycanda spirtin koronavirusa yoluxmanın qarşısını almaqla bağlı şayiələr yayılıb. Bundan sonra bir çoxları şayiəyə inanaraq spirt içməyə başlayıb.

 

Koronavirus infeksiyası yayıldıqdan sonra Şərqi Azərbaycan, Ərdəbil, Həmədan və Qəzvin əyalətlərində də çox sayda insan texniki spirtdən zəhərlənib, onlarla insan həyatını itirib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar