SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda 600 mindən çox əhali şəhər həndəvəri və qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır

2021.10.20, 07:36
Qərbi Azərbaycanda 600 mindən çox əhali şəhər həndəvəri və qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycan Səhiyyə Xidmətləri və Tibb Fakultetinin rəisi Cavad Ağazadə təmsil etdiyi əyalətdə şəhər həndəvərində yaşayan əhalinin vəziyyəti haqda danışıb.

 

O Qərbi Azərbaycan Səhiyyə Xidmətləri və Tibb Fakultetinin bu məsələ ilə bağlı aidiyyatı idarələrlə keçirdiyi iclasda bu barədə çıxış edib.

 

“Qərbi Azərbaycanda 600 min nəfərdən çox əhali şəhər həndəvəri və qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır. Onların sağlamlığı üçün səhiyyə xidmətləri artırılmalıdır. Bununla bağlı işlərin yalnız 25 faizi Qərbi Azərbaycan Səhiyyə Xidmətləri və Tibb Fakultetindən asılır. Bu məsələdə bütün səlahiyyətli orqanlar koordinasiyalı şəkildə əməkdaşlıq etməlidir”- deyə o sözlərinin bir hissəsində bildirib.

 

Cavad Ağazadə söhbətinin davamında Qərbi Azərbaycanda boşanma hallarının artdığına da işarə edib. O bildirib ki, bu məsələ bir böhrana çevrilməkdədir. Bununla bağlı Ədliyyə Şöbəsi və digər səlahittətli orqanlarla birgə əməkdaşlıq müqaviləsi imzalanıb. Məsələnin əhəmiyyətini nəzərə alaraq bu sahədə daha ciddi tədbirlərin alınacağına inanıram.

 

Qeyd edək ki, şəhər həndəvərindəki qeyri-rəsmi yaşayış məntəqələrində problem yalnız səhiyyə məsələsi ilə məhdudlaşmır. Ekspertlərin fikrinə görə, belə məntəqələrdə yaşamaq yoxsulluq və mühacirət amilləri ilə bağlıdır. Belə məntəqələrdə əhalinin gəlir və nəticə etibarı ilə savad səviyyəsi aşağı olur, ona görə də insanların bir çoxu müxtəlif qanunsuz işlərlə məşğul olur. Azyaşlı uşaqlar işə cəlb olunur və müxtəlif cinayətlər baş verir. Bir sözlə desək şəhər həndəvərindəki yaşayış məntəqələrində ictimai, iqtisadi və mədəni baxımdan bir çox problem yaşanır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar