SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda 9 min inşaat fəhləsi işsizdir – Nadir Qazipur

2021.10.20, 07:36
Qərbi Azərbaycanda 9 min inşaat fəhləsi işsizdir – Nadir Qazipur

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur Qərbi Azərbaycan Əyalətində işləməyə yer tapmayan inşaat fəhlələrindən danışıb.

 

O bu barədə Qərbi Azərbaycan Əyalətinin yatırım və məşğulluq işləri üzrə işçi qrupunun keçirdiyi iclasda çıxış edib.

 

“Əmək Nazirliyi fəhlələrin hüququnu müdafiə etməlidir. Onların sayı çoxdur, yalnız Qərbi Azərbaycanda 9 min işsiz inşaat fəhləsi var. Məndə olan məlumata görə, kənd fəhlələri və əkinçilərə verilməli olan kreditlərin 90 faizi geri qaytarılıb”- deyə o bildirib.

 

Azərbaycanlı millət vəkili “fəhlələrin qədir-qiyməti bilinməlidir” deyə bir neçə dəfə vurğulayıb.

 

Mövzu ilə bağlı inşaat fəhlələri sendikaları mərkəzinin rəisi Əkbər Şövkət bildirib ki, inşaat işlərində təxminən 1 milyon 200 min fəal fəhlə var. Onların arasında iranlı olmayan fəhlələr də çoxdur.

 

Fəhlələrin işsizlik məsələsi üzrə ekspert Vəliulla Salehi isə öz çıxışında inşaat sektorunda durğunluq yaşandığını bildirib. O qeyd edib ki, hal-hazırda fəhlələrin bir çoxu lazımi bacarıq və qabliyyətlərə malik olduğu halda çalışmaq üçün iş tapa bilmir, ona görə də güzəranını təmin etmək üçün başqa sahələrdə çalışmaya məcbur olur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar