SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda baş verən zəlzələlərdə çox sayda xəsarət alan var - GÖRÜNTÜ

2021.10.20, 07:36
Qərbi Azərbaycanda baş verən zəlzələlərdə çox sayda xəsarət alan var - GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, fevralın 23-də sübh və axşam saatlarında Qərbi Azərbaycanın Qotur şəhərində iki güclü zəlzələ baş verib.

 

Yerli vaxtla saat 9:22-də 6 kilometr dərinlikdə baş verən zəlzələ 5.7 bal gücündə olub.

 

Yeraltı təkanlar Urmiya, Təbriz, Xoy, Üskü, Salmas, Səhənd şəhəri və Türkiyənin Van əyalətində hiss olunub.

 

Bu zəlzələ Türkiyədə dağıntılara səbəb olub, ən azı 9 nəfərin öldüyü və onlarla insanın xəsarət aldığı bildirilir.

 

Qərbi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı direktoru zəlzələ nəticəsində Salmas və Xoy məntəqində yerləşən 14 kəndə ziyan dəydiyini bildirib.

 

Qərbi Azərbaycan Təbii Fəlakətlər İdarəsinin rəisi Əmir Abbas Cəfəri zəlzələnin ətrafdakı 43 kəndə təsir etdiyini, 7 kənddə evlərə ziyan vurduğunu deyib. Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 75 nəfər xəsarət alıb, 500 baş mal-qara tələf olunub.

 

İkinci zəlzələ yerli vaxtla saat 19:30-da 28 kilometr dərinlikdə baş verib. Məzkəzi Qotur şəhəri olan zəlzələ 5.9 bal gücündə olub.

Zəlzələ ətrafdakı kəndlərdə dağıntılara səbəb olub.

 

Məlumata görə, bölgədə əhali sıxlığı az olduğundan insan tələfatı yoxdur və xəsarət alanların əksəriyyəti ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Bölgəyə yardım qrupları göndərilib.

Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyari bildirib ki, zəlzələ bölgəsi ilə telefon əlaqəsi kəsilib və bölgə əhalisi ilə birbaşa əlaqə saxlamaq mümkün deyil.

 

Yerli mənbələrin verdiyi məlumata görə, qısa müddət sonra bölgə əhalisi ilə telefon əlaqəsi bərpa olunub, lakin bir çox kənddə elektrik enerjisi kəsilib.

 

Zəlzələdən zərərçəkənlərin yemək və qızınmaq vasitələrinə ehtiyacı olduğu bildirilir.

 

 

 

 

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar