SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda baş verən zəlzələlərdə ölən və yaralanan yoxdur

2021.10.20, 07:36
Qərbi Azərbaycanda baş verən zəlzələlərdə ölən və yaralanan yoxdur

Gunaz.tv

GünAz TV: Ötən gecə Qərbi Azərbaycan Əyalətində 3.9, 4 və 3.6 bal gücündə zəlzələ baş verib.

 

Zəlzələ Xoy şəhəri ətrafında yerləşən Qotur məntəqəsi və Üşnəviyyə şəhərlərində yer səthinə yaxın qeydə alınıb.

 

Qərbi Azərbaycan Təbii Fəlakətlər Təşkilatının rəisi bildirib ki, zəlzələlər nəticəsində ölən və ya yaralanan yoxdur. Lakin zəlzələyə qarşı davamsız olduğundan bəzi evlərin divarlarında çatlar əmələ gəlib.

 

Hal-hazırda bölgəyə dəyən ziyan xüsusi qruplar tərəfindən araşdırılır.

 

Qeyd edək ki, son bir həftə ərzində Qoturda 4, Üşnəviyyə şəhərində isə 3-cü dəfədir ki, zəlzələ baş verib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar