SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda günəmuzd işləyən fəhlələr “gecə çörəyinə möhtac” vəziyyətdə

2021.10.20, 07:36
Qərbi Azərbaycanda günəmuzd işləyən fəhlələr “gecə çörəyinə möhtac” vəziyyətdə

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində günəmuzd işləyən fəhlələr böhran şəraitində yaşayır.

 

Qərbi Azərbaycan əyalətinin “Fəhlə Evi”nin (Fəhlə Həmkarlar İttifaqı) icraçı direktoru Səid Mustafanejad “İLNA” xəbər agentliyinə verdiyi müsahibədə fəhlələrin “gecə çörəyinə möhtac” vəziyyətdə olduğunu deyib.

 

Son aylarda koronavirus pandemiyasının yayılması səbəbi ilə iqtisadi çətinliklə üzləşən əksər istehsal müəssisələrinin işçi qüvvəsini ixtisar etməyə məcbur qaldığını bildirən Mustafanejad əlavə edib ki, “hökumət Qərbi Azərbaycan əyalətinin sənaye və istehsal müəssisələrinə yardım etməsə yaxın gələcəkdə daha çox işçinin işdən azad edilməsinə şahid olacağıq”.

 

O, həmçinin dövlət tərəfindən ailələrinin gündəlik zəruri xərclərinin öhdəsindən gələ bilməyən fəhlələrə heç bir yardım göstərilmədiyini vurğulayıb.

 

İran rəsmilərinin verdikləri sözləri yerinə yetirməməsini tənqid edən Mustafanejad “bu günə qədər əyalətdə ehtiyacı olan fəhlələrin heç birinə vəd edilən dəstək paketi verilməyib” -deyə artırıb.

 

Ötən günlərdə İran Milli Məclisinin Fəhlələrlə İş üzrə Fraksiyasının sədri Əlirza Məhcub koronavirus nəticəsində əksər fəhlələrin öz işlərini itirdiyini, iqtisadi baxımdan daha da ağır günlərlə üzləşəcəyini bildirmişdi. Koronavirusun hər bir fəhlə ailəsinin aylıq xərcini minimum 300- 400 min tümən artırdığını deyən deputat dövlətə bu çətin günlərdə onlara 1 milyon 500 min tümənlik birdəfəlik sosial yardım göstərməyi tövsiyə edib.

  

 

Ü.F

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar