SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda ilk koronavirusa yoluxmuş qadın sağalıb

2021.10.20, 07:36
Qərbi Azərbaycanda ilk koronavirusa yoluxmuş qadın sağalıb

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri əyalətdə ilk koronavirusa yoluxan şəxsin sağaldığını bildirib.

 

Əli Əfşaninin sözlərinə görə, əyalətdə birinci dəfə 55 yaşlı bir qadın koronavirus şübhəsi ilə xəstəxanaya müraciət edib. Ondan götürülən analiz Tehrana göndərilib, sonra onun virusa yoluxduğu məlum olub.

 

Həmin şəxsin virusun daha çox yayıldığı Qum şəhərində səfərdə olduğunu deyən Əli Əfşani bildirib ki, Qərbi Azərbaycanda ilk koronavirusa yoluxan şəxs artıq sağalıb, o xəstəxanadan evə buraxılıb.

 

Əli Əfşani bu günədək Qərbi Azərbaycanda kimsənin sözgedən virusdan ölmədiyini iddia edib.

 

Qeyd edək ki, son günlərdə güney Azərbaycan əyalətlərində koronavirus şübhəsi ilə çox sayda insan xəstəxanaya müraciət edib. Bir neçə əyalətdə virusa yoluxanların olduğu təsdiqlənib. Qeyri-rəsmi mənbələr bildirir ki, Güney Azərbaycan əyalətlərində sözügedən virusun daşıyıcılarının sayı olduqca çoxdur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar