“Qərbi Azərbaycanda kənd yollarının yarısı torpaqdandır”

20.06.2019, 12:46

GünAz TV: “Kəndlərin inkişaf etməsi üçün yol infrastrukturunun qurulması böyük əhəmiyyət kəsb edir. Təəssüflə Qərbi Azərbaycanda kənd yolarının 49 faizi torpaqdandır.”

 

Bu sözləri bu gün yatırım, məşğulluq və iqtisadi məsələlərlə bağlı Valilikdə keçirilən tədbirdə Qərbi Azərbaycan Valiliyinin Şura və Kənd İşləri üzrə Mərkəzinin rəisi Arif Xederlu bildirib.

 

Onun sözlərinə görə, Qərbi Azərbaycanda 2955 kənddən 2176-da 20-dən çox ailə yaşayır və kəndlərin 72 faizində 100 ailədən az sakin var. Bu o deməkdir ki, əyalətin kəndlərində yaşayan sakinlərin sayı azdır.

 

“66 kəndin hər birində 2 mindən çox insan yaşayır. Urmiyənin məşhur Balı kəndinin isə 14 min əhalisi var, bu kənd ola bilsin ki, ölkənin ən böyük kəndidir.

Əyalət sakinlərinin 34 faizi kəndlərdə yaşayır, 50 faizin isə gəlir mənbəyi kəndlə bağlıdır.”- deyə o bildirib.

 

Arif Xederlu vurğulayıb ki, kəndlərin inkişaf etməsi üçün yol infrastrukturunun qurulması böyük əhəmiyyət kəsb edir. Halbuki, Qərbi Azərbaycanda kənd yollarının 49 faizi torpaqdandır. Ona görə də yolların asfalt edilməsi çox vacib məsələdir. Bunun üçün ciddi tədbirlər alınmalıdır.

 

Qərbi Azərbaycan Valiliyinin Şura və Kənd İşləri üzrə Mərkəzinin rəisi əyalət kəndlərində yaşanan daha bir neçə problemə toxunub.

“Kəndlərdə hələ də çox sayda kaneks (dəmirdən hazırlanmış otaqlar) məktəb kimi istifadə olunur, bəzi məktəblər isə kirayəyə götürülüb. Kəndlərin 66 faizinə təbii qaz verilib, lakin bu, ölkənin ortalama hesabından aşağıdır. Dövlət bu istiqamətdə də lazımi addımlar atmalıdır.”- deyə o vurğulayıb.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Urmu gölünün bərpası ilə bağlı 27 layihə dayandırılıb

2022-08-16

gun az article

Şərqi Azərbaycanın 700 kəndində su böhranı yaşanır

2022-08-16

gun az article

Türkiyənin Van əyalətinə gedən turistlərin 70 faizi iranlılardır

2022-08-16

gun az article

"Urmu gölü quruyacağı təqdirdə Təbriz təxliyə edilməlidir"- Sabiq nazirdən xəbərdarlıq

2022-08-16

gun az article

SEPAH Qərbi Azərbaycana çoxlu sayda hərbi qüvvə toplayıb

2022-08-16

gun az article

“Parlaq gələcək”də müzakirə: “İfadə azadlığı və İran terrorçuluğu” və “Güney Azərbaycan gəncliyi”-VİDEO

2022-08-16

gun az article

Mədəni fəal Məhəmməd Eyni Rəşt zindanından sərbəst buraxılıb

2022-08-16

gun az article

Behnam Zarei müvəqqəti sərbəst buraxılıb

2022-08-15

gun az article

Xiyavda Urmu gölünün quruması ilə bağlı aksiya keçirilib

2022-08-15

gun az article

Sarabda içməli su tapılmır

2022-08-15

gun az article

Təbrizin millət vəkili: "Cəmiyyət parçalanmağa doğru gedir"

2022-08-15

gun az article

Urmuda etiraz aksiyası keçirilib

2022-08-15

gun az article

“Düşünməyə çağırış”: “Güney Azərbaycanda təbiətə zərər vuran sənaye”-VİDEO

2022-08-15

gun az article

“Azadlıq səsi”ndə müzakirə: “İranın Azərbaycana qarşı terror təhdidi”-VİDEO

2022-08-15

gun az article

Mədəni fəal Əkbər Nəiminin işinə yenidən baxılacaq

2022-08-15

gun az article

Qərbi Azərbaycanda silah-sursat aşkarlanıb

2022-08-14

gun az article

Savalan dağında kürdlərlə türklər arasında qarşıdurma olub-VİDEO

2022-08-14

gun az article

İranın təhlükəsizlik məmurları azərbaycanlı bəhai ailənin evinə basqın edib

2022-08-14

gun az article

Abbas Lisaninin məzuniyyət müddəti uzadılıb

2022-08-14

gun az article

Xudafərində su çatışmazlığı və infrastruktur problemləri həll olunmur

2022-08-13