Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 870 nəfəri ötüb

2020-09-03 14:42

Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində 348 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır.

Gunaz.tv Quote | Gunaz article

Qərbi Azərbaycanın Koronavirusa Qarşı Mübarizə Qərargahının müavini İrəc Mühibbinin açıqlamasına əsasən, xəstəxanada müalicə alanlardan 164 nəfərinin COVID-19 testi pozitiv çıxıb.

Mühibbi Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayının 871 nəfərə çatdığını bildirib.

“İnfeksiyaya yoluxanlardan 103 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 33 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdır,” deyə o qeyd edib.

 

 

Zəncan əyalətində isə Tibb Universitetinin rektoru Pərviz Qızılbaşın verdiyi məlumata əsasən, bu günə kimi 9 min 965 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alıb.

Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 15 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 2 nəfər isə bu xəstəlikdən dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 437 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 2 min 780 nəfərinin tam sağaldığını bildirib.

Qızılbaş həmçinin qeyd edib ki, hazırda 293 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarında müalicə alır.

 

 

Ərdəbildə isə hazırda koronavirusa yoluxan 209 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 50 nəfəri reanimasiya şöbəsinə yerləşdirilib.

Ərdəbil Tibb Universitetinin rektor Şəhram Həbibzadənin verdiyi məlumata əsasən, əyalətdə son 24 saatda 30 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 3 nəfər isə bu xəstəlikdən dünyasını dəyişib.

 

 

Həmədan əyalətində isə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 3 min 649 nəfərə çatıb.

Həmədan Tibb Universitetinin rektor müavini Mənuçehr Kərəminin verdiyi məlumata görə, Güney Azərbaycanın bu əyalətində koronavirus qurbanlarının ümumi sayı 488 nəfər olub.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Həmədanlı xanım atıcı beynəlxalq yarışa qatılacaq

2021-05-14

gun az article

Marağada 59 yaşlı kişini qatar vurub

2021-05-14

gun az article

Muğanda yeni neft qazma avadanlıqları quraşdırılıb-VİDEO

2021-05-14

gun az article

Zənganda qədim əl işləri sənətləri unudulmaqdadır

2021-05-14

gun az article

Xamneyini tənqid etdiyi üçün öldürülən güneyli gəncin videosu yayıldı

2021-05-14

gun az article

"Gələcək nəsillər qarşısında məsuliyyət daşıyırıq"-Güney azərbaycanlı ziyalıların müraciəti yayıldı

2021-05-14

gun az article

GünazTV May.13.2021- Düşünməyə Çağırı: Milli Günlərimiz.

2021-05-14

gun az article

GünazTV May.13.2021-Sözümüz: Ferdusi, Məzhəb, Qadın, Milliyyət

2021-05-14

gun az article

Güney Azərbaycan klubu ölkə çempionu oldu

2021-05-13

gun az article

Güney Azərbaycanın voleybol fenomeni legioner oldu

2021-05-13

gun az article

Həmədanda "Dünya Dulusçuluq Şəhəri" Mərkəzi açılacaq

2021-05-13

gun az article

Ərdəbildə daha 7 koronavirus xəstəsi vəfat edib

2021-05-13

gun az article

Güneyli xanım beynəlxalq yarışda hakimlik edəcək

2021-05-13

gun az article

Güneyli azərbaycanlı milli fəal yol qəzasında həlak oldu

2021-05-13

gun az article

Mədəni fəal Əkbər Qulizadə Tehran həbsxanasına aparılıb

2021-05-13

gun az article

Xoyda zəlzələ baş verib

2021-05-13

gun az article

GünazTV May.12.2021-Görüş: Güney Azərbaycan Milli Azadlıq Hərəkatına qarşı təxribatlar, İranda aclıq, rejim isə terroristlərə pul paylamaqdadır

2021-05-12

gun az article

Milli fəal Ruzbeh Pirinin məhkəmə iclası keçirilib

2021-05-12

gun az article

Salmasda cinayətkar dəstənin üzvləri həbs olunub

2021-05-12

gun az article

Məzuniyyət müddəti bitən syasi məhbus Əlirza Fərşi həbsxanaya qayıdıb

2021-05-12