Qərbi Azərbaycanda koronavirusdan ölənlərin sayı 775 nəfərə çatıb

2020-08-07 14:29

Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində 423 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır.

Gunaz.tv Quote | Gunaz article

Qərbi Azərbaycanın Koronavirusa Qarşı Mübarizə Qərargahının müavini İrəc Mühibbinin açıqlamasına əsasən, xəstəxanada müalicə alanlardan 188 nəfərinin COVID-19 testi pozitiv çıxıb.

Mühibbi Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayının 775 nəfərə çatdığını bildirib.

“İnfeksiyaya yoluxanlardan 124 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 36 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdır,” deyə o qeyd edib.

 

 

Zəncan əyalətində də son 24 saatda daha 19 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əyalətdə bu günə kimi 8 min 716 nəfərin koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə aldığını bildirib.

Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 4 nəfər koronavirusdan dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 373 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 2 min 415 nəfərinin tam sağaldığını bildirib.

Qızılbaş həmçinin qeyd edib ki, hazırda 411 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarında müalicə alır. 

 

 

Ərdəbildə isə Tibb Universitetinin rektoru Şəhram Həbibzadənin verdiyi məlumata əsasən, 398 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 67 nəfərinin vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdirilib.

Həbibzadənin dediyinə görə, əyalətdə son 24 saatda 79 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 9 nəfər isə bu xəstəlikdən dünyasını dəyişib.

 

 

Güney Azərbaycanın Qəzvin əyalətində də son 24 saatda 64 yeni koronavirusa yoluxma faktı aşkar edilib. Qəzvin Tibb Universitetinin rektoru Peyman Namdarın verdiyi məlumata əsasən, hazırda əyalətdə COVID-19 virusuna yoluxan 309 nəfər xəstəxanalarda müalicə alır.

Namdar əlavə edib ki, infeksiyaya yoluxanlardan 61 nəfər reanimasiya şöbəsinə yerləşdirilib.

O həmçinin keçən gün daha 4 nəfərin koronavirusdan öldüyünü bildirib.

 

 

Həmədan əyalətində də, dünən verilən məlumata əsasən, COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 3 min 187 nəfərə, koronavirus qurbanlarının ümumi sayı isə 398 nəfərə çatıb.

 

 

Ü.F

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Yüzlərlə iraqlı kürd tələbəsinin Təbrizə yerləşdirilməsi barədə məlumatlar yayılıb

2020-09-19

gun az article

Güney Azərbaycanın Zəncan və Həmədan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-19

gun az article

Şərqi Azərbaycan muzeylərinə ziyarətçilərin sayı kəskin azalıb

2020-09-19

gun az article

İrəc Hərirçi: “Şərqi Azərbaycanda koronavirusa yoluxma halları artan templə davam edir”

2020-09-19

gun az article

Şərqi Azərbaycanda baş verən yol qəzasında 2 nəfər ölüb

2020-09-19

gun az article

GünazTV Sep.18.2020: Azadlıq səsi: Farsçılığın demokrasiyə qarşı düşmənçiliyi

2020-09-19

gun az article

GünazTV Sep.18.2020-QADINCA: #Azərbaycan Talandı Kampanyası

2020-09-19

gun az article

GünazTV Sep.18.2020: İran toplumunun 70% -i məcburi hicaba qarşı çıxır

2020-09-18

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-18

gun az article

Saxlanılan fəal Musa Ziya Gərgəri Təbrizin Kəşfiyyat idarəsinə köçürülüb

2020-09-18

gun az article

Güney Azərbaycanlı milli fəal Əyyub Şiri məhkəməyə çağırılıb

2020-09-18

gun az article

Güney azərbaycanlı fəal Rza Vasiqinin məhkəməsi keçirilib

2020-09-18

gun az article

GünazTV Sep.17.2020-Sözümüz: Ustad Şəhriyar

2020-09-18

gun az article

GünazTV Sep.17.2020- Düşünməyə Çağırı: Qadın və Siyasət

2020-09-18

gun az article

Təkabda terrorçuların simvolunu qaldıranlara etiraz edənlər cəriməyə məhkum edilib

2020-09-17

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət açıqlanıb

2020-09-17

gun az article

Azərbaycanlı əkinçilər məhsullarını sata bilmir + GÖRÜNTÜ

2020-09-17

gun az article

İranın səhiyyə nazirliyi rəsmiləri yenidən Azərbaycanın adını təhrif edib

2020-09-17

gun az article

Təbriz bələdiyyəsinin məsuliyyətsizliyi uşağın ölümü ilə nəticələnib + VİDEO

2020-09-17

gun az article

Güney azərbaycanlı fəal Musa Ziya Gərgəri saxlanılıb

2020-09-17