Qərbi Azərbaycan əyalətinin Tibb Elmləri Universitetinin rəisi bu gün 244 nəfərdə koronovirus aşkar edildiyini deyib.
Gunaz.tv
O, bununlada əyalətdə bu günə kimi 113 min 951 nəfərin koronovirusa yoluxduğunun təsdiqləndiyini söyləyib.
Cavad Ağazadə “İSNA”ya verdiyi məlumatda, xəstəxanaya yerləşdirilənlərin 143 nəfərinin reanimasiya şöbəsində müalicə alıdığını, 24 nəfərinin isə süni tənəffüs aparatına qoşulduğunu açıqlayıb.
Bu günə qədər Qərbi Azərbaycan əyalətində koronovirusa yoluxanlardan 3635 nəfəri dünyasını dəyişib.
Ağazadə indiyə kimi əyalətə 4780 doz vaksin verildiyini, bunun 4190 dozunun Qərbi Azərbaycan Tibb Elmləri Universitetinə, 590 dozunun isə Xoy Tibb Elmləri İnstitutuna paylandığını bildirib.
C.E