SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda kürd terror qruplaşmaları zəlzələ bölgəsində aktivləşib / Qızıl Aypara Cəmiyyətinin göndərdiyi xilasedici qətlə yetirilib

2021.10.20, 07:36
Qərbi Azərbaycanda kürd terror qruplaşmaları zəlzələ bölgəsində aktivləşib / Qızıl Aypara Cəmiyyətinin göndərdiyi xilasedici qətlə yetirilib

Gunaz.tv

GünAz TV: Bazar günü Qərbi Azərbaycan Əyalətinin Qotur məntəqəsində baş verən zəlzələ bölgədəki kürd terror qruplaşmaları və radikal kürdləri hərəkətə gətirib.

 

Terrorçuların təhdidi o həddə çatıb ki, bölgəyə göndərilən Qızıl Aypara Cəmiyyətinin xilasetmə qrupları bəzi kəndləri tərk etməyə məcbur olub. Hətta kəndlərin birində Salmas Qızıl Aypara Cəmiyyətinin rəsmi işçisi kürdlərdən bir tərəfindən qətlə yetirilib. Onun fevralın 25-də Buruşqalan kəndində öldürüldüyü bildirilir.

 

Deyilənlərə görə, həmin şəxs Qızıl Aypara Cəmiyyəti tərəfindən təbii fəlakətdən zərərçəkənlər arasında çadır paylamaq üçün bölgəyə göndərilib. Öldürülən şəxsin adının Həmid Dehqan və Azərbaycan türkü olduğu bildirilir.

 

Terror qruplaşmalarına bağlı radikal kürdlərin təxribatçı hərəkətləri bəzi kəndlərə yardım çatdırmağı çətinləşdirib, hətta bir neçə yerdə yardımların müvəqqəti olaraq dayandırıldığı bildirilir.

 

Məlumata görə, terrorçular gecə saatlarında yolu bağlayaraq zəlzələdən zərərçəkənlərin ev əşyalarını talamaq və avtomobillərini oğurlamaq istəyiblər. Lakin sərhəd qoşunlarının vaxtında müdaxilə etməsi buna mane olub.

 

Fevralın 23-də Xoy şəhərinin Qotur məntəqəsində təxminən 6 bal gücündə iki zəlzələ baş verib. Yeraltı təkanlar ətraf şəhər və kəndlərdə də hiss olunub. Rəsmi mənbələr hadisə nəticəsində 100-dən çox insanın xəsarət aldığını və bir çox kənd evinə ziyan dəydiyini bildirib. Bölgədə yemək və qızınmaq vasitələrinə təcili ehtiyac var.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar